
Son illər dövlət bayrağımızın təbliği, onun xüsusən gənclər arasında təşviqi artmaqdadır. Zərdab rayonunda sahibkarlardan biri bununla bağlı maraqlı addım atıb.
Publika.az xəbər verir ki, bu rayondakı ticarət obyektinin dam örtüyü bayrağımızın rənglərinə bürünüb.
Yerli sahibkar bu məqsədlə zəruri olan bütün avadanlıqları kənardan gətirib. İş icraçılarından biri əməkdaşımıza bildirib ki, obyektin dam örtüyünün belə döşənməsi təxminən 60 günə başa gəlib.
Anar