Al Paçino dəli oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Al Paçino dəli oldu - FOTOLAR

Məşhur aktyor Al Paçino küçədə şəhər dəlisi rolunu oynayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı aktyor Nyu-York mərkəzində sürətlə addımlayaraq çəkildiyi filmin rolunu canlandırıb.

Aktyor o qədərcəld addımlayıb ki, nəqliyyat vasitələri küçədə olarkən belə, yolu tələsik keçib. Onun pərəstişkarları isə Al Paçinonu tanımayıblar.

Məşhur aktyor adi halda avtoqraf vermədən pərəstişkarlarının yanından keçə bilməzdi. Lakin Al Paçinonun əynində xüsusi geyimin olması səbəbindən insanların bir çoxu aktyoru tanımayıb.

Aktyor bu görkəmi ilə olduqca təhlükəli şəxs təsiri bağışlayıb. O, yalnız addımlayanda məlum olub ki, dəli görkəmli şəxsin qeyri-adi paltarı altındakı şəxs ulduz aktyordur.

Əslində bütün bunlar, Al Paçinonun "Çin oyuncağı"ndakı baş rolunun ifası ilə əlaqədar olub.

Bu, dünya siyasətində korrupsiya və zorakılıq haqqında pyesdir. Pyesin müəllifi iki dəfə "Oskar" mükafatına layiq görülmüş Devid Memetdir.

Al Paçino bu əsərdə siyasət dünyasını tərk etmiş milyarder Mikki personajını oynayır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm