Bilgi.az
Son 16 ilin ən yaddaqalan anları – FOTOLAR
Dünyada elə təsirli, mühüm, yaddaqalan anlar var ki, onlar əhəmiyyətli, tarixi, nadir olmaları ilə tarixə qovuşurlar. 2000-ci ildən bu günə qədər ötən 16 il müddətində də belə anlar, olaylar çox olub.
Publika.az xarici mətbuata istinadən son 16 ilin ən yaddaqalan, tarixi anlarını təqdim edir.
Belə olaylardan biri də 2000-ci ildə Mumbayda minlərlə insanı ölümdən xilas etmiş itin dəfnidir. 3 tondan çox partlayıcı maddənin, 600 detonatorun, 6406 patronun yerini vaxtında müəyyənləşdirmiş it həyatını xilas etdiyi minlərlə insanın yaddaşına əbədi gömüldü.
Belə anlardan biri də 2001-ci ildə – Stev Jobsun ilk "IPod"u təqdim etməsi idi.
2004-cü il - 200 min insanın ölümünə səbəb olmuş Hind Okeanı sunamisinin ilk dalğası.
Elə həmin il Ukraynada baş verən hadisələr zamanı polislərə çiçək uzadan qadının bu hərəkəti də son 16 ilin ən yaddaqalan anlarından birinə, həmin anı əks etdirən foto isə çox izlənilən fotoya çevrildi.
2004-cü il Mark Zukerberq və Dustin Moscovitzin "Facebook"u yaratdıqdan sonra yaydıqları ilk fotoları.
Elə həmin il Beslandaki (Şimali Osetiya) qanlı hücumdan xilas edilmiş körpəni qucağında daşıyan polis də bu addımı ilə yadda qaldı.
2010-cu ildə baş vermiş Haiti zəlzələsindən sağ qurtulmuş 7 yaşlı Kikinin xilas olma anı da unudulmaz, təsirli anlardandır.
2010-cu il "Zheng Kai" marafonu, qolları amputasiya edilmiş atletə su verən Jaquel Kimplimo bu davranışı ilə tarixə düşdü.
2011-ci ildə Misir hadisələri fonunda Tahrir meydanında namaz qılan müsəlmanları qorumaq üçün canlı hasar yaradan xristianlar...
Elə həmin il, həmin ölkədə baş vermiş aksiyalar zamanı polisi öpən qadın da bu mərhəməti ilə son illərin ən yaddaqalan hərəkətinə çevrildi.
2011-ci ildə Üsamə Bin Ladenin öldürüldüyünün elan olunduğu an və Yaponiyadakı sunamidən xilas edilmiş azyaşlı qız da tarixə qovuşdular.
2013-cü il Nayrobidə ticarət mərkəzinə hücum zamanı azyaşlı uşağın xilası və həmin il İraq savaşında itirdiyi qardaşının məzarı qarşısında yatan Ryan Coyerin fotoları da ən yaddaqalan anları əks etdirir.
Anar Tağıyev
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO