Əsir düşərgəsini lüks otelə çevirdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Əsir düşərgəsini lüks otelə çevirdilər - FOTOLAR

İkinci Dünya müharibəsi zamanı əsir düşərgəsi kimi istifadə edilmiş konslager otelə çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, düşərgə Avstriya-Macarıstan imperiyası tərəfindən Mamula adasında (Çernoqoriya) 1853-cü ildə inşa edilib.

İkinci Dünya müharibəsi illərində İtaliya diktatoru Benito Mussolininin əsgərləri burada məhbuslara işgəncə veriblər.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra istifadəsiz qalmış düşərgə hakimiyyət orqanlarının maraq dairəsində olmadığından, habelə heç bir turist bura uz tutmadığından, keçmiş konslager xarabalığa çevrilib.

Bu səbəbdən də Çernoqoriyanın bir sıra qurumları keçmiş əsir düşərgəsini lüks otelə çevirməyi qərara alıblar.

Əsir düşərgəsinin otelə çevrilməsi işi İsveçrənin "Orascom Development Holding AG" şirkətinə həvalə edilib. Otelin gələcək sxeminə yaşayış mənzili, restoran və kafe, böyük bir hovuz daxildir.

Əlbəttə, düşərgədən otel kimi istifadə edilməsinin burada ölmüş məhkumların yaxınları tərəfindən mənfi qarşılanacağı barədə fikirlər də mövcud olub. Lakin bütün bunlar hakimiyyət orqanlarını konslagerin otel kimi istifadə edilməsi ideyasından daşındırmayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm