• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

ŞOK FAKTLAR: NASA Marsda şəhər gizlədir – FOTOLAR/VİDEO

  • Bilgi.az
  • 10 Fevral 2016 22:15
  • 3 850 Baxış
ŞOK FAKTLAR: NASA Marsda şəhər gizlədir – FOTOLAR/VİDEO

NASA-nın qırmızı planet adlandırılan Marsda gizli yeraltı bazası aşkarlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kosmik sahədə araşdırma aparan ekspertlər bu iddia ilə çıxış ediblər.

Onlar belə qənaətə gəliblər ki, Marsda çəkilmiş fotolarda xüsusi vasitələrlə görüntüsü məhdudlaşdırılmış ərazi əslində yeraltı bazadır. Qırmızı planetə dair çoxsaylı fotoların araşdırılması ekspertlərin NASA-nın Marsdakı gizli ərazini əks etdirən əsl fotonun gizlədilməsi iddiası ilə çıxış etməsi ilə nəticələnib.

Araşdırmaçılar bildirirlər ki, qırmızı planetin bir hissəsini əks etdirmək məqsədilə "Google Earth" proqramından istifadə edilməsi zamanı bununla bağlı məlumat qəsdən təhrif edilib.

Amma buna baxmayaraq araşdırmaçılar Marsda dördbucaqlı qara dəliyin olduğunu müəyyən ediblər.

"Express"in yazdığına görə, ekspertlər qara dəliyin tədqiq edilməsinə, şəkillərin öyrənilməsinə saatlarla vaxt sərf ediblər. Sonda isə qırmızı planetdə yeraltı bazanın mövcudluğu qənaətinə gəliblər.

Məşhur ufoloq Skott Varinq bununla bağlı yayılmış videogörüntünü izləsə də, hər hansı ətraflı açıqlama verə bilməyib. O, yalnız bu sözləri deyib: "Mars səthində kosmik gəmilərin enişi üçün xüsusi yer var". Skott Varinq əlavə edib ki, yeraltı baza indi yeni sakinlərinin yolunu gözləyir.

"YouTube"-a yerləşdirilmiş "Marsda gizli strukturlar, onların bir çoxu gizli saxlanılır" videogörüntülərinin müəllifi Marsel İrazus bildirib ki, kosmik agentliklərin bu cür sirlərini üzə çıxarmaq cəhdləri uğursuzluğa düçar olur.

Bir çoxları iddia edir ki, Marsdakı bu görüntünü "Google Earth"in köməyilə müəyyən etmək mümkündür. Amma bu, görüntünün dəqiq və keyfiyyətli qeydə alınmasından asılıdır.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR