Bu maşının hava yastığı qorumaq əvəzinə öldürür – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu maşının hava yastığı qorumaq əvəzinə öldürür – FOTOLAR

Avtomobil nəhəngləri "Volkswagen", "Audi" və "BMW" ABŞ-dakı 2 milyon 500 min avtomobilini geri çağırıb.

Publika.az "Deutsche Welle"-yə istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb hava yastıqlarında aşkar olunan qüsurlardır.

Saytın yaydığı xəbərə görə, alman şirkətləri avtomobillərin hava yastıqlarında qüsura yol verilməsinin günahını Yaponiya istehsalçısı "Takata"da görürlər.

Məlumata görə, "Volkswagen" 2006-2014-cü illər ərzində istehsal edilən 680 min, "Audi" 2005-2014 illər ərzində istehsal edilən 170 min, "BMW" və "Daimler" firmaları isə 840 min avtomobilini geri çağırır.

İlk olaraq "Volkswagen" şirkəti ABŞ-ın Milli Avtomobil Yollarında Tıxac Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən "Takata" şirkətinin istehsal etdiyi hava yastıqlarının qüsurlu olması ilə bağlı xəbərdarlıq aldığını bəyan edib.

"Volkswagen" şirkətinin bəyanatında deyilir ki, "Golf", "Passat" və "Eos" modellərində quraşdırılan təhlükəsizlik yastıqlarında problemlərin çıxma ehtimalı var.

"Daimler" şirkəti isə 2016-cı il fevralın 10-da ABŞ-dan 840 min avtomobilin geri çağırıldığını və buna görə təqribən 340 milyon avro ziyana düşdüyünü bəyan edib.

Xatırladaq ki, indiyədək ABŞ-da 24 milyon avtomobil "Takata" şirkətinin istehsal etdiyi qüsurlu hava yastıqlarına görə geri çağırılıb.

Belə ki, "Takata" istehsalı olan hava yastıqları qəza zamanı açılarkən ətrafa metal və şüşə qırıntıları tullayır. Bu ciddi xəsarətalma, hətta ölüm hallarına səbəb olur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm