Alkoqol qadını dəhşətli hala saldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Alkoqol qadını dəhşətli hala saldı - FOTOLAR

Qırx ildir ki, həddindən artıq spirt istehlak edən 64 yaşlı qadında madelunq xəstəliyi aşkar edilib.

"Daily Mail"in xəbərinə görə, halı pisləşdiyi üçün həkimə müraciət edən qadının kürəyində, boynunda, çiynində və qollarında yağ kütlələri olduğunu görən mütəxəssislər xeyli təəccübləniblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xəstənin vəziyyəti həkimləri tədqiqat aparmağa məcbur edib.

Aparılan araşdırmalardan sonra 64 yaşlı qadına alkoqol xəstələrində rast gəlinən madelunq diaqnozu qoyulub. Həmçinin, spirt istehlakının səbəb olduğu qaraciyər yağlanması da müəyyən edilib. Madelunq xəstəliyinin əlamətləri dəri altındakı yağ kütlələrinin toplanmasıdır.

Adətən, kişi spirtli içki aludəçilərində rast gəlinən və lipom adı verilən bu yağ kütlələri yüksək miqdarda alkoqol istehlakı və ya diabetdən dolayı ortaya çıxır.

Alkoqol istifadə etməyəcəyinə dair söz verən qadının liposaksiya, yəni yağların əməliyyat vasitəsilə götürülməsini istəməsi həkimləri çaşbaş salıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm