Ən gərgin peşələrlə tanış olun
Bizi izləyin

Bilgi.az

Ən gərgin peşələrlə tanış olun

ABŞ-da İnsan Resursları Təşkilatı ən gərgin və əksinə, stressdən uzaq olan 10 peşəni müəyyən edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da insan resursları sektorunda fəaliyyət göstərən "Careercast" təşkilatı 200 iş arasında bu siyahını tərtib edib.

Təşkilatın internet saytında yer alan siyahıya görə, orta hesabla il ərzində 27 min 936 dollar gəlir qazanan hərbçilər ən gərgin işlə məşğul olur. Tədqiqatda xüsusilə cəbhə xəttində xidmət edən əsgərlərin 30 faizinin zehni problem yaşadığı qeyd olunub.

Siyahıda ikinci yerdə orta hesabla il ərzində 45 min 970 dollar gəlir qazanan yanğınsöndürənlər durur. Araşdırmada göstərilir ki, ABŞ-da ötən il 80 yanğınsöndürən vəzifəsini yerinə yetirərkən həyatını itirib.

İl ərzində orta hesabla 103 min 390 dollar qazanc əldə edilən pilotlar ən stressli peşələr siyahısında üçüncü yerdə qərarlaşıblar.

Siyahının 4-cü pilləsində polislərin adları çəkilib. Tədbir təşkilatçılığı ilə məşğul olan insanlar isə siyahıda 5-ci yerdədir.

Siyahının altıncısı ictimaiyyətlə əlaqələr şöbəsində çalışanlar, yeddincisi şirkət idarəçiliyi, səkkizinci yerdə isə televiziya və radioda canlı yayın aparan aparıcı və işçiləridir.

Qəzet müxbirliyi ən gərgin peşə siyahısında 9-cu yerdədir. Tədqiqatda göstərilib ki, qəzetlərin reklam gəlirləri azaldığı və xəbər portallarının sayı durmadan artdığı üçün işdən çıxarılanların və işçilərin əmək haqları gündən-günə aşağı düşür. Amerikada jurnalistlərin orta hesabla illik qazancı 37 min 200 dollardır.

Sonuncu yerdə isə sürücülər qərarlaşıb.

Ən stressiz peşələr

Təşkilatın müəyyənləşdirdiyi ən stresssiz və ən rahat peşələr siyahısında müvafiq olaraq UZİ mütəxəssisi və təhsil sahəsinə aid olan peşələr gəlir.

Araşdırmaya görə, saç stilisti, zərgərlik, diyetoloq və kitabxanaçılıq ən stressiz peşələr siyahısına daxildir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm