• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Burada kinoya avtomobildə baxırlar - FOTOLAR

  • Bilgi.az
  • 21 Fevral 2016 03:42
  • 1 209 Baxış
Burada kinoya avtomobildə baxırlar - FOTOLAR

ABŞ-ın bir sıra şəhərlərində sürücülər üçün açıq havada yerləşən kinoteatrlər fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, bu cür kinoteatrlardan ən böyüyü Nyu-Yorkda yerləşir. "All-Weather Drive-In of Copiague"adlanan kinoteatrın ərazisində 2500 avtomobil yerləşir. Düzdür, zaman keçdikcə, ənənəvi kinoteatrların artan sayı avtomobillər üçün açıq havada yerləşən kinoteatrların populyarlığı azalıb. Lakin bununla belə hal-hazırda ölkə üzrə onların sayı yalnız 500-ə yaxındır.

Başqa sözlə desək, açıq havada olan kinoteatrlar tarixdə öz izini saxlayıb və Amerika mədəniyyətinin məhşur nişanlarından birinə çevrilib.

Qeyri-adi kinoteatrların maraqlı tarixçəsi var. Belə ki, hər şey 1933-cü ildə bəzi sürücülərin öz avtomobillərini Nyu Cersi ştatının Kamden şəhərindəki "Crescent" bulvarında yerləşən yeni Park-in kinoteatrlarının qabağında saxlamasından sonra başlayıb. Bu, sürücülər üçün ilk dəfə yaradılmış açıq havada yerləşən kinoteatr idi, lakin buna baxmayaraq termin yalnız bir qədər sonra istifadə edilməyə başlandı. Kino həvəskarı olan Riçard Hollinqshed tərəfindən ənənəvi kinoteatrlarda anasının komfortlu oturacaqlarda oturmaq üçün mübarizəsindən ilham alaraq, açıq havada insanların öz avtomobillərində rahat film seyr etmək ideyası meydana gəlib. Qısa müddət sonra bu cür kinoteatrlar bütün ölkə ərazisində fəaliyyətə başlayıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR