Sultan II Əbdülhəmidin hazırlatdığı xəritələr
Bizi izləyin

Bilgi.az

Sultan II Əbdülhəmidin hazırlatdığı xəritələr

II Əbdülhəmidin dövrünə aid 150 xəritə və plan bir kitabda toplanıb.

“Sultan II Əbdülhəmid Dövrü Xəritə və Planlarından İstanbul” adlı kitabda Sultan II Əbdülhəmidin əmri ilə hazırlanan xəritə və planlarla yanaşı, XIX əsrin əvvəllərindən başlayaraq İstanbul və ətrafındakı padşah mülkləri, abadlıq işləri, körpü və rəsmi dairələrin şəkilləri, hərbi strukturlar və əhali ilə bağlı xəritələr də var.

Kitabda yer alan məlumatlara görə, böyük foto albomlarıyla ölkənin hər yerindəki inkişafları təqib edən II Əbdülhəmid İstanbul və ətrafları xəritəyə köçürüb.

Çoxu əl işi olan xəritələrin arxa hissələri atlas parça ilə örtülüdür. Kitabda yer alan ən qədim xəritə 1806-1807-ci ilə aiddir.

Ən yeni xəritə 1902-ci ilə aiddir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm