İndi də kağız kimi incə bel dəbə mindi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İndi də kağız kimi incə bel dəbə mindi – FOTOLAR

Çində yeni gözəllik tendensiyası formalaşıb.

Publika.az xəbər verir ki, tez-tez çılğınlıqları ilə gündəmə gələn Çin qızları bu dəfə bellərinin A4 kağızı qədər incə olduğunu sübut etməyə çalışıblar.

Onlar A4 kağızını qarın nahiyəsinə yerləşdirərək foto çəkir və sosial şəbəkələrdə paylaşırlar. Həkimlər Çindən sonra dünyanın bir çox başqa ölkəsinə də sıçrayan bu trendin təhlükəli olduğunu, qızlarda anoreksiyaya meyli artıra biləcəyini deyirlər.

Çində ötən il də qolu belin arxasından dolayıb əli göbəyə toxundurmaq trend olmuşdu. Məqsəd yenə də belin incəliyini vurğulamaq idi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm