Facebook”dan görmə qabiliyyətini itirənlər üçün YENİLİK
Bizi izləyin

Bilgi.az

Facebook”dan görmə qabiliyyətini itirənlər üçün YENİLİK

"Facebook" səlahiyyətliləri görmə qabiliyyətini itirənlərin də sosial şəbəkələrdə fotoları qavraya bilmələri üçün "Automatic Alternative Text" (ATT) adı verilən proqram yaradıb.

Publika.az xəbər verir ki, proqram sayəsində bundan sonra görmə qabiliyyətini itirənlər də "Facebook"da paylaşılan bütün fotolardan xəbərdar olacaqlar.

Belə ki, süni intellekt texnologiyasının tətbiq edildiyi proqram sayəsində fotolar kəlimələrə çevriləcək və görmə qabiliyyətini itirənlər ağıllı telefonlarından həmin kəlimləri eşidəcəklər. Proqram sadəcə 100 kəlimədən ibarət mətn hazırlaya bilir. Məsələn, 3 dostun əks olunduğu foto belə açıqlanacaq "Fotoda 3 nəfər var. Gülürlər. Çöldədirlər".

Xatırladaq ki, hazırda dünyada 300 milyondan çox görmə qabiliyyətini itirən insan var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm