Gündəlik yazmağın beyinə təsiri
Bizi izləyin

Bilgi.az

Gündəlik yazmağın beyinə təsiri

Alimlər gündəlik tutanların beyninin bütün xatirələri yaddaşda saxlayanlara nisbətən daha sağlam ola biləcəyini açıqlayıblar.

Publika.az xəbər verir ki, araşdırmalar şəxsi sirləri heç kimlə bölüşmədikdə sinir sisteminin alt-üst olduğunu göstərib. Bu isə diqqətin azalması, yaddaşın zəifləməsi, dildən istifadə qabiliyyətinin pisləşməsi, öyrənmə sürətinin azalması ilə nəticələnir. Hətta bu beynin problemləri həll etmə və qərar vermə sürətini də zəiflədir.

Alimlər gündəlik tutmağın yaxın bir dostla dərdləşmək qədər faydalı olduğunu bildirirlər. Bu zaman insan stressdən xilas olur və özünü rahat hiss edir.

Odur ki, mütəxəssislər başqaları ilə dərdləşməyi xoşlamayanlara mütləq gündəlik yazmağı məsləhət görürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm