Bilgi.az
Azərbaycana qarşı təxribat edən jurnalisti döyüblər - VİDEO
Azərbaycandan deportasiya olunan Rusiyanın "LifeNews" telekanalının çəkiliş qrupu haqqında maraqlı fakt ortaya çıxıb.
Telekanalın xanım jurnalisti bundan öncə də Ukraynada təxribat dolu materiallar hazırlayıbmış. Sonuncu dəfə isə o bu sujetlərə görə ukraynalılar tərəfindən döyülüb.
Belə ki, Kiyevdə Rusiya əleyhinə keçirilən aksiyada iştirak edən həmin jurnalist Ukrayna əleyhinə müsahibə hazırlayarkən aksiya iştirakçıları onun başında yumurta sındırıblar. Bundan başqa ukraynalı xanım jurnalistlərdən biri onun gözünə gözyaşardıcı qaz sıxaraq təhqirlər edib.
Xatırladaq ki, "LifeNews" telekanalının çəkiliş qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtərdə təxribat xarakterli, yalan məlumatlar hazırlayıb. Kanalın hazırladığı materialda Tərtər sakinlərindən müsahibələr alınsa da, müsahibələr tərcümədə təhrif olunub. Belə ki, rayon sakinləri qorxmadıqlarını və heç yerə getməyəcəklərini desələr də, müxbir onların fikrini "bizə müharibə lazım deyil" deyə tərcümə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mətbuata verdiyi açıqlamaya görə sözügedən kanalın çəkiliş qrupu artıq ölkədən deportasiya olunub və bu telekanalın rəhbərinin erməni Aşot Qabrielyan olduğu təsdiqini tapıb.(azxəbər.com)
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."