22 yaşlı dahi qız
Bizi izləyin

Bilgi.az

22 yaşlı dahi qız

Hazırda Harvard Universitetində doktorantura pilləsi üzrə təhsil alan Sabrina Qonzalez Pasterskini müəllimləri "Gələcəyin Eynşteyni" adlandırırlar.

Publika.az xəbər verir ki, Sabrina hələ 14 yaşında ikən hazırladığı təkmühərrikli təyyarə layihəsi ilə Massaçuset Texnologiya Universitetinə qəbul olunub və oranı ən yüksək qiymətlə bitirib.

Sabrinanın diqqətini təkcə təyyarələr çəkmir. O, eyni zamanda, qara dəliklər, fəza və zaman, həmçinin, Kvant fizikası üzrə araşdırmalar aparır. Gənc qızın işləri Stiven Hokinq və Endryu Stromindcer kimi alimlərin diqqətini çəkib. Sabrinaya "Amazon.com", "Blue Origin" və "NASA" kimi nəhəng şirkətlərdən iş təklifləri də gəlib.

Bir çox təşkilat və şirkət isə Sabrinaya araşdırmalar aparması üçün sponsor olub. Onlardan "Hertz Foundation" Sabrinaya 250 min dollar, "National Science Foundation" isə 150 min dollar bağışlayıb.

Təbii ki, bu qədər uğur fədakarlıq da tələb edir. Sabrina Qonzalez müsahibələrindən birində həmyaşıdlarından fərqli olaraq, heç bir sosial şəbəkədən istifadə etmədiyini, hətta özünə "ağıllı" telefon almadığını bildirib. Sabrinanın heç vaxt sevgilisi olmayıb. O, siqaret və alkoqollu içkilərin dadını bilmədiyini deyir.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm