Mandela Romada ölümsüzləşəcək
Bizi izləyin

Bilgi.az

Mandela Romada ölümsüzləşəcək

İtalyan heykəltəraş Franseska Romana Di Nunzio Romadakı studiyasında bu yaxınlarda vəfat edən əfsanə lider Nelson Mandelanın heykəlini düzəldir.

Nunzionun üzərində işlədiyi bal mumu heykəli bitəndən sonra Romadakı Museo delle Cerede (bal mumu muzeyi) sərgidə nümayiş olunacaq.

Həyatını irqi ayrıseçkiliyə qarşı mübarizəyə həsr edən Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela 5 dekabr 2013-cü ildə 95 yaşında vəfat etmişdi.

Cənubi Afrikadakı irqçi rejimə qarşı apardığı mübarizəyə görə ömrünün 27 ilini dəmir barmaqlıqlar arxasında keçirən Mandela ölkəsinə 5 il dövlət başçısı kimi xidmət edib.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm