• USD 1,7000 0,00% EUR 2,0024 0,00%
    • GBP 2,2562 0,00% RUB 0,0256 0,00%

Varlı kasıbdan 15 il çox yaşayır

  • Bilgi.az
  • 12 Aprel 2016 17:36
  • 1 217 Baxış
Varlı kasıbdan 15 il çox yaşayır

ABŞ-da gəlir bölgüsü bərabərsizliyi ilə bağlı aparılan bir araşdırma, ölkənin ən varlı 1%-lik təbəqəsinin, ən kasıb 1%-lik təbəqəsindən 15 il daha uzun yaşadığını ortaya qoyub.

"Marja"nın məlumatına görə, "Sağlamlıq "Bərabərsizliyi Layihəsi" çərçivəsində ölkədəki gəlir bölgüsü bərabərsizliyi bağlı aparılan bir araşdırma maraqlı nəticələri ortaya çıxardıb.

Araşdırmaya görə, ölkədəki ən varlı 1%-lik təbəqədə yer alan insanlar, ən kasıb 1%-lik təbəqədəki insanlardan 15 il daha uzun yaşayır. Bu fərq, qadınlarda isə 10 il olaraq müəyyən edilib.

Araşdırmaya görə, ən varlı şəxslərdə orta ömür müddəti 87,3 il ikən, ən kasıb təbəqədə bu rəqəm 72,7-yə qədər düşür. Qadınlarda isə ən varlı təbəqədə orta ömür müddəti 88,8, ən kasıb təbəqədə isə 78,7 olaraq müəyyənləşdirilib.

Üç il davam edən araşdırma, gəlir səviyyəsinin yüksəlməsi ilə alınan səhiyyə xidmətinin keyfiyyətinin artmasının, həyat müddətləri arasındakı fərqin ortaya çıxmasında əsas səbəb olduğunu ortaya qoyub. Bənzər şəkildə həyat müddəti ilə köklük və siqaret istifadəsi arasında güclü əlaqə də diqqəti çəkir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>