Masallıda qeyri-adi tapıntı - İnsan başlı daşlar - VİDEO
Bizi izləyin

Bilgi.az

Masallıda qeyri-adi tapıntı - İnsan başlı daşlar - VİDEO

Masallının Xanalyon kənd sakinləri kənd qəbiristanlığının ərazisindən, həmçinin həyətlərdə qazıntı işləri apararkən aşkarladıqları müxtəlif fiqurlu və əmək alətlərini xatırladan daşlardan çoxunu bir araya toplayıblar.

Sakinlər, ilk baxışdan əl əməyinin məhsulu olduğu görünən bu daşların tarixi keçmişimizin bir parçası olduğuna inanırlar.

Kənd sakini Maqsud Şirəliyev deyir: "Öz həyətimdə hovuz qazmaq istəyirdim. 2 metrə yaxın qazdıqdan sonra orada müxtəlif növ daşların olduğunu gördüm. Təbiət belə bir daşı öz-özünə yarada bilməz".

Kənd sakinləri bildirirlər ki, xanın yaşadığı yer anlamını verən Xanalyon kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskulaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. Elə aşkarlanan daşlar da bu anlama gəlir.

Hələ ki, bu daşlarla maraqlanan və ya onların yaşını araşdırmağa təşəbbüs göstərən olmayıb. Lakin, deyəsən, bu daşların həqiqi tarixi yaşının müəyyən edilməsinə az qalıb. Arxeologiya və Etnoqrafiya İnstitutu cənub bölgəsi rayonlarında tədqiqat işlərini mərhələli şəkildə davam etdirir. Araşdırmalardan sonra bu daşların da, kəndin də tarixinin dəqiq yaşı məlum olacaq. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm