Heç vaxt televizor və telefon görməyən uşaqlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heç vaxt televizor və telefon görməyən uşaqlar – FOTOLAR

Şotlandiyada fizioterapevt işləyən Niki Boon adlı qadın uşaqlarını müasir texnoloji avadanlıqlardan uzaqlaşdırmaq üçün öz ölkəsini tərk edib və Yeni Zelandiyaya köçməyə qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadın uşaqlarına televizora baxmağı, həmçinin elektron alətlərdən istifadə eləməyi qadağan edib. Niki Boon uşaqlarını hətta məktəbə də göndərmir. Onun bütün bunları etməkdə əsas məqsədi uşaqlarının özünü heç bir texnoloji avandanlıqlardan asılı hiss etməməsidir. Qadının ən sevimli məşğuliyyəti isə təbiət qoynunda böyüyən uşaqlarının fotolarını çəkməkdir: "Onların fotolarını çəkməkdən böyük zövq alıram. Böyüdükdən sonra onların bu şəkillərə baxıb ən gözəl illərini xatırlamalarını istəyirəm".

Öz işini atıb Yeni Zelandiyada 10 hektarlıq torpaq alan Niki Boon hazırda 4 uşağıyla birlikdə müasir dünyadan tamamilə uzaq yaşayır. Boon uşaqlarının heç vaxt məktəbə getmədiyini, TV izləmədiyini, həmçinin elektron alətlərdən istifadə etmədiklərini deyib. Onun sözlərinə görə, bununla uşaqlarına heç nədən qorxmadan yaşamağı öyrətməyi çalışır: "Hər bir insanın uşaqlıq çağını doya-doya yaşaya biləcəkləri dünyaları olmalıdır. Bunu da onları texnikadan uzaq saxlamaqla reallaşdırmaq mümkündür. Bəziləri bu qərarımın doğru olmadığı düşünür, amma bu, məni narahat eləmir. Övladlarım təbiət qoynunda oynayanda özlərini quş tək azad hiss edirlər. İnsan üçün azadlıqdan dəyərli nə ola bilər ki? Uşaqlarıma heç bir məhdudiyyət də qoymuram, palçıqla istədikləri kimi oynayırlar. Kimin nə dediyi vecimə deyil, onsuz da əsl həyat elə budur!"

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm