Atatürklə Koko Şaneli nə birləşdirirdi?
Bizi izləyin

Bilgi.az

Atatürklə Koko Şaneli nə birləşdirirdi?

1930-cu illərdə Türkiyə Silahlı qüvvələrinin hərbi formalarının dizaynını "Chanel" fransız markasının yaradıcısı Koko Şanel hazırlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əfsanəvi modelyer Koko Şanel yalnız dünya qadınlarını deyil, türk əsgərlərini də geyindirib. 1930-cu illərdə Atatürk Türkiyə Silahlı Qüvvələrinin mundirlərini Koko Şanelə sifariş verib. Türk ordusu 1980-ci illərə qədər onun imzasını daşıyan uniformalar geyinib.

Məlumat üçün bildirək ki, hazırda geyindiyimiz bir çox paltar və aksessuarların əksəriyyəti dəbin inqilabçısı əfsanəvi modelyer Koko Şanelin kəşfidir. Qısa, qara don, tvid parça, ya da cersidən tikilmiş kostyumlar, bijuteriya, sırıqlı çanta, xüsusilə də qadının yaşını örtə bilən mirvari, qısa saç düzümü, gündə qaralmış dəri və 5 nömrəli Şanel ətri bu günədək aktual olaraq qalır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm