İbn Sinanın ulduz “ölümü” ilə bağlı qeydləri tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

İbn Sinanın ulduz “ölümü” ilə bağlı qeydləri tapıldı - FOTO

Kornell Universitetinin əməkdaşlarından olan üç alman astronom İbn Sinanın 1020-ci ildə qələmə aldığı qeydlərini tapıb.

Publika.az xəbər verir ki, alimin "Kitab-üş Şəfa" adlı kitabının bir hissəsi olduğu düşünülən qeydlərdə göydə Veneradan daha parlaq bir ulduzun olduğu yazılıb.

İbn Sinanın qeydlərinə görə, 1006-cı ildə "supernova" (bir ulduzun partlayaraq dağılması) hadisəsi baş verib. Həmin partlayışdan yayılan işıqlar Dünyadan 3 aya yaxın izlənilə bilib.

"Belə görünür ki, parlaqlıq uzun müddət qalır. İşıq bəzən saç teli, bəzən də quyruqlu ulduz kimi görünür. Göydə üç aya yaxın qaldı. Zaman keçdikcə rəngi soldu. Əvvəllər qaraya çalırdı, yaşılımtraq idi. Sonra qıvılcımlar saçmağa başladı. Getdikcə rəngi ağardı və gözdən itdi".

1006-cı ildə baş verən bu hadisə ilə bağlı Misir, İsveçrə, Çin mənbələrində də xeyli məlumat var. Ancaq mütəxəssislərin dediklərinə görə, ən detallı məlumatı məhz İbn Sina qeydə alıb.

Xatırladaq ki, İbn Sina 980-1037-ci illərdə yaşayıb. O, həm fəlsəfə, həm tibb, həm də astronomiya sahəsindəki araşdırmaları ilə tanınıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm