Dünyanın ən böyük çəhrayı brilyantı satıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük çəhrayı brilyantı satıldı – FOTOLAR

Cenevredə "Sotheby's" hərracında dünyanın ən böyük çəhrayı rəngli brilyantı satılıb.

Publika.az xəbər verir ki, 15,38 karatlıq qiymətli daş "Unikal çəhrayı" adlanır. Asiyadan olan anonim alıcı telefonla qatıldığı hərracda brilyant üçün 31,6 milyon dollar ödəyib. Armudşəkilli brilyant nadir qiymətli daş növünə aid edilib.

Bu daş qiymətinə görə 2015-ci ildə satılmış digər çəhrayı brilyant – "Əziz Jozefina"nı geridə qoyub. Belə ki, "Əziz Jozefina" 16,08 karat çəkisi olmasına baxmayaraq, 28,5 milyon dollara satılıb. "Əziz Jozefina"nın da alıcısı asiyalı biznesmen olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm