Yalnızlıq baxın nəyə səbəb olur?
Bizi izləyin

Bilgi.az

Yalnızlıq baxın nəyə səbəb olur?

Çikaqo Universitetinin mütəxəssislərinin apardığı araşdırma elm aləmini təəccübləndirib.

Publika.az xəbər verir ki, 57-85 yaşalarında olan 3 min qadın və kişinin iştirak etdiyi araşdırma bugünə kimi bilinən erkən ölüm səbəblərinin yanlış olduğunu göstərir.

Belə ki, insanın tək düşməni xərçəng, siqaret aludəçiliyi və ya artıq çəki deyil.

Çikaqo universitetinin alimləri bildirirlər ki, insan ömrünü azaldan ən böyük amillər sümüklərin sınması, yalnızlıq, qoxu alma qabiliyyətinin itməsi, yerimə qabiliyyətinin azalması və yuxusuzluqdur. Alimlər bu 5 səbəbi "səssiz qatillər" adlandırırlar.

Mütəxəssislər yalnızlıq hissinin insan sağlamlığına ən az təzyiq və ürək xəstəliyi qədər zərər verdiyini vurğulayırlar. Yalnızlıq gündə 15 ədəd siqaret çəkmək qədər zərərlidir. Ona görə də sosial əlaqələri gücləndirmək, dostlarla, qohumlarla vaxt keçirmək tövsiyə olunur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm