• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

ŞOK: Foto proqramlarından istifadə xəstəlik əlamətidir

  • Bilgi.az
  • 13 İyun 2016 16:15
  • 1 477 Baxış
ŞOK: Foto proqramlarından istifadə xəstəlik əlamətidir

Sosial şəbəkələrdə qızlar şəkil paylaşmazdan əvvəl ona bir neçə effekt verməklə üzündəki müəyyən qüsurları gizlətməyə çalışır. Bir çoxları isə fotoları nomakeup (makiyajsız) həştəqi ilə paylaşır və bununla təbii gözəl olduğunu vurğulamaq istəyir. Bu qızların gözlərinin altında real həyatda tez-tez qarşılaşdığımız qaraltılar, üzündə isə sızanaqlar və qara nöqtələr gözə dəymir. Bütün bunlar müxtəlif foto proqramları vasitəsi ilə düzəldilir, hətta dodaqları daha dolğun göstərmək mümkün olur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, instaqramda paylaşılan bu cür şəkillər çoxlarının məyusluğuna səbəb olur. Çünki o şəkillərin əksəriyyəti reallıqla uyğun gəlmir. Dolayısı ilə insanlar şəklin ilkin deyil, saxta versiyasını görür və onu bəyənir. Foto proqramların sehrli gücündən istifadə etməyən qızlar problemin həllini kosmetoloqa getməkdə görür. Amerikanın Plastik Cəmiyyətlər Birliyinin apardığı araşdırmalarda məlum olub ki, son illərdə estetik əməliyyat edən, kosmetoloqa müraciət edən gənc qızların sayı həddindən artıq çoxalıb. Amerikalı dermatoloq CessikaVayser etiraf edir ki, 16-17 yaşlı qızlar dərisini kimyəvi pilinq etdirmək, dodaqlarını gel vasitəsi ilə böyütmək üçün ona müraciət edir.

Amerikalı bloqer Qloriya Kavallaro isə bildirir ki, dodaqların korreksiyası haqqında şəkillərinə müxtəlif proqramlar vasitəsi ilə effekt verdikdən sonra düşünməyə başlayıb. Maraqlısı ondadır ki, o, dodaqlarını böyütdükdən sonra da foto proqramlarından imtina etməyib.

Kosmetoloq Tiyna Orasmyae-Meder hesab edir ki, qızların zahiri görkəmini süni şəkildə dəyişdirməyə çalışması dismorfiyanın əlamətləridir (Dismorfobiya psixoloji xəstəlikdir. Gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsinə deyilir). Kosmetoloq bildirib ki, bu tip insanlar bu qüsuru düzəltmə meyllidir: "Bu, psixi pozğunluqdur. Əslində heç gözə batmayan bu qüsurları görən estetik cərrahlar xəstəni psixoloqa yönləndirməlidir. Amma bu insanlar psixoloji problemləri olduqlarını heç vaxt qəbul etmir və müalicə olunmağı rədd edir. Əvəzində estetik əməliyyatlar üçün bütün pullarını xərcləməyə belə etməyə hazırdırlar".

Başqa bir amerikalı kosmetoloq Culi Russak da dismorfobiya ilə instaqram arasında birbaşa əlaqə olduğunu iddia edir: "Selfi çəkdirən insanlar dərisinin və üz cizgilərinin maksimum yaxşı düşməsinə çalışır. Qızlar bu arzularını foto proqramlar vasitəsi ilə reallaşdırır. Nəticə etibarı ilə onlar həmin proqramlardan asılı hala gəlir. Şəkillərini hər dəfə foto proqram vasitəsi ilə redaktə etməkdən bezənlər isə məsələni plastik cərrahla həll edir".

Heç kimə sirr deyil ki, kişilərlə müqayisədə qadınlar daha özünəinamsız olur və öz zahiri görkəmini bəyənmir. Buna baxmayaraq, sosial şəbəkələrdə foto proqram qurban olmayan, özünü olduğu kimi qəbul edən, şəkillərinə heç bir effekt vermədən paylaşan xanımlara da rast gəlinir.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR