Məşhurların qəribə məzun FOTOLARI
Bizi izləyin

Bilgi.az

Məşhurların qəribə məzun FOTOLARI

Hər birimizin şkafın bir küncünə yerləşdirdiyi və onların mövcudluğunu unutmağa çalışdığı, amma atmağa əlimiz gəlməyən fotolar var. Bu xüsusiyyət məşhurlar üçün daha xarakterikdir. Məşhur simalar xüsusilə arxiv fotolarını hamıdan gizlətməyə çalışır. Bu fotoların çoxu məktəb illərinə aiddir. Lakin müasir texnologiya məşhurlarla bağlı gizlinlərin künc-bucaqda qalmasına heç də imkan vermir.

Publika.az "son zəng" münasibəti ilə məşhur simaların buraxılış halında çəkilmiş fotolarını təqdim edir.

Bred Pitt

Bilməyənlər üçün deyək ki, Bred Pitt məktəb illərində seks-simvol sayılırdı. Bütün məktəbin qızları onun dərdindən dəli-divanə idi. Aktyor buraxılış balı üçün kifayət qədər yaxşı kostyum seçib. Nə olsun ki, foto 1983-cü ildə çəkilib, o doğrudan da yaraşıqlı görünür.

Mişel Obama

Gələcək missis Obama buraxılış üçün qızıl rəngi və dərin yarıqlı libasa üstünlük verib.

Sandra Ballok

Sandra Ballok həyatının əlamətdar günü üçün hörüklü saç düzümü seçib.

Meq Rayan

Görünür, Meq Rayan buraxılış zamanı elə də gözqamaşdırıcı olmayıb. Çünki onunla rəqs edən oğlan başqa istiqamətə baxır.

Cennifer Eniston

Cennifer Eniston buraxılış geyimində "Qara hər zaman ən yaxşı ideyadır" prinsipinə əməl edib. Saçı və seçdiyi aksessuarlar isə onun incə zövqündən xəbər verir.

Robin Rayt

Robin Rayt məktəb illərində də valehedici olub. Ona görə də Robinin balın kraliçası titulunu alması təəccüblü deyil.

Corc Kluni

Corc Kluni yuxarı siniflərdə çirkin ördək balasından yaraşıqlı oğlana çevrilib. Məlumat üçün bildirək ki, məktəb illərində onun bir gözü iflic olub, o, normal yeyə və içmə bilmirdi.

Snup Doqq

Məşhur reperi smokinqdə görmək necə də xoşdur.

Kortni Koks

Kortni Koks buraxılış balı üçün olduqca sadə və gündəlik paltar seçib.

Tayra Benks

Dünya şöhrətli model Tayra Benks buraxılış balında həddindən artıq dəbdəbəyə qaçıb və nəticədə yaşından böyük görünüb.

Teylor Svift

Müğənni və aktrisa Teylor Svift isə gəlinliyə bənzər don seçib.

Bleyk Layvli

Məşhur aktrisa müasir dövrün dəb ilahələrindən biridir. Şahzadə obrazında geyinən aktrisanın seçimini elə də uğurlu adlandırmaq olmaz. Lakin üzündəki pozitiv təbəssümü aktrisanı zövqsüzlükdən xilas edib.

Ledi Qaqa

Məşhur müğənni də Teylor Svift kimi gəlinlik obrazında geyinib.

Teylor Lonter

"Alaqaranlıq" filminin yaddaqalan qəhrəmanlarından biri – Teylor Lonter buraxılış balında canlandırdığı qurd obrazına bənzəyir.

Britni Spears

Britni Spears qırmızı rəngli ziyafət libası ilə cəlbediciliyini vurğulamağa çalışıb.

Natali Portman

Natali Portman mavi rəngdə, sadə və zərif paltar seçib.

Cessika Alba

Cessika Albanın zövqünə şübhə etmək olmaz.

Rihanna

Rihannanın buraxılış balı üçün seçdiyi libas ona çox yaraşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm