
Sosial şəbəkə saytı facebookda bir rəngsazın saz çalaraq mahnı oxumasını əks etdirən video-çarx yayılıb.
ANS PRESS-in xəbərinə görə, rəngsaz həm saz ifası, həm də mahnı
oxuması ilə peşəkarlardan heç də geri qalmır.
Türkiyədə çəkildiyi güman olunan videogörüntülərdəki həvəskar ifaçı
türkcə oxuyur.
Qeyd edək ki, video-çarx facebooka yerləşdirildiyi 6 gün ərzində 90
min dəfə paylaşılıb, təxminən eyni sayda like edilib və həmin
videoya minlərlə şərh yazılıb.