Bilgi.az
10 ildən sonra aclıq olacaq - Alimlərdən XƏBƏRDARLIQ
Britaniyanın Lids Universitetinin alimləri xəbərdarlıq edirlər ki, iqlimin dəyişiklikləri 10 ildən sonra Yer üzündə aclıq yarada bilər.
AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər torpaq və havanın temperaturunun qarğıdalının artım dövrünün müddətinə necə təsir etdiyini araşdırdıqdan sonra bu qənaətə gəliblər. Britaniya iqlimşünasları inanırlar ki, qarğıdalının məhsuldarlığının kəskin şəkildə aşağı düşməsi qlobal istiləşmə ilə əlaqədardır. Bu isə Afrikada ərzaq böhranına səbəb ola bilər. Hətta 2030-ci ildə dünyanı ərzaq çatışmazlığı ilə üz-üzə qoya bilər. Temperaturun artması həm də toplanan biokütlənin miqdarının azalmasına və dənli bitkilərdə vegetativ dövrünün müddətinin dəyişməsinə gətirib çıxarır.
Quraqlığın təsirini və su çatışmazlığını nəzərə alan mütəxəssislər iqlim modeli hazırlayıblar. Bunun sayəsində alimlər qarğıdalının məhsuldarlığın dəyişməsini qiymətləndiriblər. Məlum olub ki, 2030-ci ildə "qara qitənin" əksər dövlətlərində bu dənli bitki tamamilə yox ola bilər.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı