Ağ Ev "selfie"ni qadağan etdi
Bizi izləyin

Bilgi.az

Ağ Ev "selfie"ni qadağan etdi

Prezident Barak Obama ilə "selfie" çəkdirib sosial şəbəkələrdə paylaşan beysbol oyunçusu Devid Ortizin telefon istehsal edən brendlərdən biri ilə reklam müqaviləsi olduğu ortaya çıxıb. Yəni, o pərəstişkarlarına hiss etdirmədən sosial şəbəkələrdə həmin brendin reklamını edirmiş.

Publika.az xəbər verir ki, bu hadisədən sonra Ağ Ev hərəkətə keçib. Bildirilib ki, artıq Obama ilə "selfie" qadağan olunacaq. Həmçinin, Ağ Ev içərisində də "selfie" qadağan edilə bilər.

Obamanın beysbol oyuncusu ilə "selfie" çəkdirərkən bunun reklam mahiyyəti daşıdığından xəbəri olmayıb. Buna görə də, məsələ ilə bağlı artıq Obamanın vəkilləri hərəkətə keçib. Vəkillər məsələni araşdırdıqdan sonra sözü gedən şirkəti və onlarla müqavilə bağlayan Devid Ortizi məhkəməyə verə bilərlər.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm