Bilgi.az
Xaçmaz rayonunda banan ağacı bar verdi - VİDEO
Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas bitki olan banan yetişdirib.
"Region TV" məlumat verir ki, banan 5 il bundan öncə əkilsə də, təsərrüfatçı ondan məhsul əldə edə bilməyib. Buna isə bananın gec gül açması və meyvənin soyuğun təsirindən məhv olması səbəb olub.
Bu il ağac vaxtında bar verdiyi üçün Ə.Babayev ilk dəfə özü yetişdirdiyi banandan dadacağını deyib: "3-4 metr hündürlüyündə qalxıb. Meyvəsi də bu il tez verib. Güman edirəm ki, oktyabr ayında öz yerinə gələcək".
Banan ağacı ildə bir dəfə bar verir. Məhsul verdikdən sonra isə ağacın yaşıl kütləsi quruyur, növbəti il yeni zoğlar cücərir.
Ə.Babayevin sözlərinə görə, bananın çəkisi də az deyil: "Xarici ölkələrdə bananın bir darağı 50 kq-a yaxın olur. Bizdə təxminən 20-25 kq-a yaxın olar".
Banan yerli iqlimə xas bitki olmadığına görə, o, xüsusi şəraitdə yetişdirilməlidir və daima qulluq göstərilməlidir. Bu da bir qədər çətindir: "Çoxlu su verilməlidir. Bir də ki, soyuqdan qorumaq lazımdır. Çiçək açdıqda isə o çiçəklərin güllərində şirə olur. Həmin şirəyə də çoxlu qarışqa toplaşır. Buna icazə vermək olmaz. Yoxsa banan olmaz".
Təsərrüfatçı bu il yaxşı məhsul götürərsə, ağacların sayını artırmaq fikrindədir.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı