Bura qadınları buraxmırlar - Qadağalı yerlər
Bizi izləyin

Bilgi.az

Bura qadınları buraxmırlar - Qadağalı yerlər

1. Afon dağına nəinki qadınları, heç dişi heyvanları da buraxmırlar.
860-0-a9cf92554f98012430352394f2323222[1]

Rusiya prezidenti Vladimir Putin rus pravoslav rahiblərinin buradakı mövcudiyyətinin min illiyini qeyd etmək üçün Yunanıstandakı Afon dağına baş çəkir.

Bu dağ əslində 335 kvadrat kilometr sahəsi olan yarımadadır. Bura həm də dünyada qadınların gəlməsi qadağan edilmiş ən böyük ərazidir.

Afona nəinki qadınları, heç dişi heyvanları da buraxmırlar. Bu pravoslavlıqdakı nikahsızlıq əhdinin qorunması üçün ən rahat yoldur.

2. Hindistan: Sabrimala məbədi

860-1-a9cf92554f98012430352394f2323222[1]

Hindistanın Kerala ştatındakı Sabrimala məbədinə 10 və 50 yaşları arasında olan qız və qadınların gəlməsi qadağan edilib. Buna səbəb qadınlarda aybaşıların olmasıdır.

Hindistanın bir sıra yerlərində qadınlar mensturasiya zamanı "napak" sayılırlar. Kerala qadınları bu məbəddə ibadət etmək hüququ uğrunda mübarizə aparırlar.

Ali Məhkəmənin qadınların xeyrinə olan hökmünə baxmayaraq, Sabrimala məbədi yalnız kişilərin ziyarətgahı olaraq qalır.

3. Yaponiya: Omine dağı


860-2-a9cf92554f98012430352394f2323222[1]

Yaponiyadakı Omine dağı yerli xalq dinlərindən olan Şugendonun davamçıları üçün müqəddəs məkan sayılır.

Bura 1300 ildir ki, qadınlar üçün qadağan edilib. Belə bir fikir mövcuddur ki, qadınlar rahiblərin diqqətini yayındıra bilərlər.

2004-cü ildə Omine dağı UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. İnsan haqları təşkilatları qadın bərabərliyi prinsipinin pozulduğu yerə göstərilmiş bu iltifatı tənqid edirlər.

4. Şotlandiya: Muirfield Qolf Klubu

860-3-a9cf92554f98012430352394f2323222[1]

Qadınlar qolf meydançasına və klub evinə qonaq kimi gələ bilərlər.

Şotlandiyanın nüfuzlu Muirfield Qolf Klubu (Golf Club Muirfield) bu ay xəbər başlıqlarına çıxıb. Buna səbəb bu klubun əlindən Açıq Çempionatın keçirilməsi hüququnun alınması olub.

Klub yarışa ev sahiblıiyi etməkdən, qadınlar üçün üzvlük qadağanını qüvvədə saxladığına görə məhrum edilib. Bu klub həmişə bir növ "kişi klubu" sayılıb, lakin bu il burada gender ayrıseçkilyinin aradan qaldırılması məsələsi səsə qoyulub.

Səsvermədə qadınlar üçün qadağanın saxlanmasını istəyənlər qalib gəliblər. Həmin səsvermədən bu yana mətbuat klubu "seksist" və "geriqalmış" kimi damğalayıb.

5. İran: Bəzi idman yarışları

860-4-a9cf92554f98012430352394f2323222[1]

Ötən həftə Tehran stadionunda kişi paltarında futbola tamaşa edən qadının sosial mediada yayılmış fotosu barədə xəbər qəzet səhifələrinə çıxıb.

İranda qadınların idman yarışlarına getməsini qadağan edən rəsmi qanun olmasa da, onları bir qayda olaraq boks, üzgüçülük yarışlarının keçirildiyi zallara və futbol stadionlarına buraxmırlar.

Onlar belə yerlərə getmək istəyəndə kişi paltarı geyinmək fəndini işlətməli olurlar.

6. Hindistan: Hacı Əlinin türbəsi

860-5-a9cf92554f98012430352394f2323222[1]

Qadınların bu ocağa buraxılıb-buraxılmaması məsələsində müsəlman üləmalar arasında fikir ixtilafı var

Hindistanın Mumbay sahilindəki adacıqlarından birində yerləşən məsçiddə 15-ci əsr sufi müqəddəsi Hacı Əlinin türbəsi var. Bura ölkənin görməli yerlərindən biri sayılır. Lakin qadınlara burdakı məsçidin məqbərəsinə daxil olmaq qadağandır.

Bu pirin baxıcıları deyirlər ki, İslamda qadınların qəbirlərin yaxınlığına gəlməsi qadağandır.

Buna baxmayaraq həm qadın haqları qrupları, həm də bəzi müsəlman alimləri bu qadağanın ləğvi üçün məhkəməyə müraciət ediblər. (kenquru.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm