• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dünyanın ən gözəl atı - FOTOLAR

  • Bilgi.az
  • 23 İyul 2016 18:15
  • 2 674 Baxış
Dünyanın ən gözəl atı - FOTOLAR

Bu qara at dünyanın ən gözəl atı sayılır. Ona XVIII əsrdə hakimiyyətdə olan Prussiya kralı Böyük Fridrxin adı verilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Fridrx adlı at heç bir mükafat qazanmasa da, heyrətamiz gözəlliyinə görə, onu bəzən "əzəmətli gözəl" də adlandırırlar.

Şübhəsiz ki, bu at nahaq yerə dünyanın ən gözəl atı hesab olunmur. Böyük Fridrix bir neçə əsr bundan əvvəl Niderlandın şimalında yaşamış friz cinsinə məxsusdur. Mövcud olduğu dövrlərdə bu at iki dəfə nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Yalnız Niderland mütəxəssislərinin əməyi sayəsində friz atlarını xilas etmək mümkün olub. Əgər əvvəllər bu atlar minik vasitəsi kimi istifadə olunurdusa, hazırda onlar daha çox dekorasiya rolunu oynayır. Lakin bəzi ayrı-ayrı növləri indiyə qədər qoşqu ləvazimatı üçün istifadə olunur. Məsələn, friz atları Böyük Britaniya kraliçasının ekipajına daxil edilir və ən azı ildə iki dəfə təmtəraqlı hadisələrdə (Haaqada Parlamentin açılışı və Dünya atçılıq oyunları) istifadə olunur.

Böyük Fridrix ABŞ-ın mərkəzi hissəsində yerləşən "Friesians Pinnacle" atçılıq şirkətinə məxsusdur. Feysbuk sosial şəbəkəsində bu atın adına açılmış səhifə də var. Yeri gəlmişkən qeyd edək ki, bu səhifəni 15 mindən çox adam izləyir.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>