Dmitri Medvedevin 700 dollarlıq ayaqqabıları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dmitri Medvedevin 700 dollarlıq ayaqqabıları - FOTOLAR

Rusiyanın ən dəbli dövlət xadimi kimi tanınan Dmitri Medvedevin ayaqqabıları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş nazir "Вести в субботу" verilişinin qonağı olub. Verilişdə onun məşhur ayaqqabı brendi "Jimmy Choo" -dan geyindiyi çox bahalı ayaqqabılar ictimai diskussiyaya səsəb olub.

Rusiya mətbuatının yazdığına görə, baş nazirin ayaqqabılarının dəyəri 700 dollardır. Stilistlər isə baş nazirin seçimini yüksək qiymətləndirib, qara loferlərin kişi qarderobunun baza geyimi olduğunu ifadə edib.

Məlumat üçün bildirək ki, Dmitri Medvedev geyimlərini internet vasitəsilə şəxsən özü sifariş edir. Ayaqqabılarını "Bertulli" İtaliya brendindən seçir. Kostyumlarını "Brioni" və "Kiton" kimi İtalyan brendlərindən almağa üstünlük verir. Bu ansamblını "Breguet", "Franck Muller" və ya "Patek Phillipe" kimi İsveçrə saat markaları ilə tamamlayır. Yeri gəlmişkən, prezident Vladimir Putin də, təxminən eyni saat markalarının vurğunudur.

Medvedev işgüzar tədbirlərə ekstremal idman növlərinin həvəskarlarının üstünlük verdiyi elektron saatlarda gəlməyə üstünlük verir.

Dəb tənqidçiləri rəsmi pencəyin altından idman saatları taxmağı yeni dəb tendensiyası adlandırırlar. Yəni, siyasətçilər bu zaman hər hansı dəb qanunun pozuntusuna yol vermiş olmurlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm