• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İki tonluq filə protez ayaq qoyuldu – FOTOLAR

  • Bilgi.az
  • 11 İyul 2016 18:38
  • 869 Baxış
İki tonluq filə protez ayaq qoyuldu – FOTOLAR

Təqribən 10 il öncə Tailandla Myanma sərhədində minaya düşən "Moşa" adlı fil bu gün protez ayaqla sərbəst gəzə bilir.

Publika.az xarici mediaya istindən xəbər verir ki, sözügedən fil minaya düşən zaman 7 aylıq olub və 600 kiloqram imiş. Ancaq hazırda bu filin çəkisi 2 tondur.

İllər öncə baş verən faciədən sonra onu Tailandda Asiya Fillər Fondu ilə birgə çalışan fil xəstəxanasına yerləşdiriblər.

"Maşa" adlı fili əməliyyat edən cərrah Therdchai Jivacate bədbəxt hadisədən sonra filə protez ayaq taxıb. Ancaq fil böyüdükcə, protez ayaq ona dar gəlməyə başlayıb. Buna görə də cərrah Therdchai Jivacate "Maşa" üçün yeni və daha böyük protez ayaq hazırlayıb.

"Maşa"nın da pasienti olduğu və 1993-cü ildən qurulan Asiya Fillər Fondu Xəstəxanası hazırda dünyanın ilk fil xəstəxanasıdır. Hazırda bu xəstəxanada 17 fil müalicə alır.

"Maşa" adlı fil həm də dünyanın ilk protez ayaqlı fili kimi tarixə düşüb.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>