Atılan “Toxum Bombaları” - VİDEO
Bizi izləyin

Bilgi.az

Atılan “Toxum Bombaları” - VİDEO

Meşələrin qırılması nəticəsində əvvəllər Yer üzünün 16 milyon kvadrat kilometrini əhatə edən meşələr, indi cəmi 6.2 milyon kv.kiolmetr ərazidə qalıb. Əhali sayının artması biləvasitə meşələrin azalmasına da səbəb olur. Belə ki, insanların məişət ehtiyaclarından əlavə, kənd təsərrüfatı, ticarət, tikinti, şəhərsalma və sair məqsədlər üçün də aramsız olaraq yaşıl örtüklər yox edilir.

Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. VII əsrə qədər Avropada meşə örtüyü bütün ərazinin 80%-ni tuturdusa, hal-hazırda bu, cəmi 30% təşkil edir. Bu isə olduqca qorxunc göstəricidir. Belə ki, dünyanın bir tərəfində meşələrin qırılması bütün planetə təsir edəcək qədər güclü effekt yaradır, quraqlıq və iqlim dəyişiliyinə təsir göstərir.

Bütün bu xoşagəlməz faktorları nəzərə alaraq, Tailand höküməti çox maraqlı bir təşəbbüslə çıxış edib. Belə ki, onlar meşələrin sayının artırılmasına maraqlı bir yanaşma gətiriblər. "Seedbomb" – toxum bombası adlanan texnika ilə Tailand məhv olmuş meşəliklərinə yenidən bərba etməyə başlayıb. The Guardian bu toxum bombalarını bu formada izah edir: Ağac konusları elə dizayn edilir və istiqamətlənir ki, onları özü-özlərini basdırmaq qabiliyyətinə sahib olsunlar. Bu təxminən əllə basdırılmış qədər səlist olur. Bu bombaların içində gübrə və ağacın ətrafını nəmləndirmək üçün xüsusi material var. Konteynerlər metal olsa da, dərhal çürüyürlər və beləliklə də ağac öz köklərini sala bilir.

Tailandda 2013-cü ildən başlanan bu fəaliyyət 2017-ci ildə Phitsanulok regionunun tamamilə yaşıllığa bürünməsi ilə nəticələnəcək

Toxum bombası ideyası ilk dəfə Yaponiyada qədim bir təcrübə olan "tsuchi dango"ya əsasən həyata keçirilib. 20-ci ərsdə bir neçə təşəbbüs sayəsində populyarlaşan ideyanın ilk dəfə həyata keçirilməsi 1930-cu illərdə, Honolulu dağlarında baş vermişdir.

Bu ideya həyata keçirilsə də, kifayət qədər diqqət cəlb edə bilmir. Lakin 1999-cu ildə Amerika istehsalatçısı Lockheed Martin Aerospace 900.000 ağacı bir gün ərzində əkməyi planlaşdırır. Onlar bu plan əsnasında nəhəng C-130 nəqliyyat təyyarəsindən istifadə edərək, Şotlandiya ərazində bu üsulla ağac əkməyi düşünürlər. Qeyd edək ki, bu üsul əllə əkilməklə müqayisədə yarıbayarı ucuz başa gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm