"Biz siçovul idrarı içir, öküz dərisi yeyirdik" - Bəxtsiz qəhrəman
Bizi izləyin

Bilgi.az

"Biz siçovul idrarı içir, öküz dərisi yeyirdik" - Bəxtsiz qəhrəman

Əvvəllər dünya səyahətinə çıxmaq istəyən səyyahlar ya yoldaca quldurlar, vəhşi heyvanlar tərəfindən öldürülür, ya da əsir-filan düşürdülər. Fernan Maqalyaynşın (Magellan) bu sarıdan bəxti gətirsə də, onu ümumilikdə bəxtəvərlər sırasına qoşmaq mümkün deyil. O, uğurları ucbatından problem və xoşagəlməz hadisələrlə üzləşməyə məcbur edilmişdi.

Bəli, bu böyük dəniz səyyahı 1480-ci ildə doğulub. Düzü, doğum yeri məlum deyil. Bəzi araşdırmaçılar onun Portuqaliyanın Sabroza şəhərciyində, bəziləri isə Portoda dünyaya gəldiyini deyir. Bildiyimiz qədər o, zadəgan ailəsinin övladı olub. Və ondan başqa daha 4 övladı olub, ailənin. Fernan kosmoqrafiya, naviqasiya və astronomiyanı yaxşıca öyrənib, araşdırıb. Ən əsası isə kiçik yaşlarından dəniz vurğunu olub.

Həyatın ironiyası

O vaxtlar Portuqaliya Avropanın cənub-qərbində kiçik ölkə idi. Torpaqlarının sahəsinə, zənginliyinə, sərvətlərinə görə isə Yer kürəsində birinci yeri tuturdu. Avropadan Afrika və Asiyaya əsas ticarət yolu bu ölkədən keçirdi. Portuqaliyanın avropalı rəqibləri 1505-ci ildə portuqal eskadrasına hücum edəndə Fernan da 500 portuqalın arasında idi. Həmin hücumda Magellan özünü Şərqin ticarət yollarının hökmdarı kimi təsdiq etdi. Lakin növbəti döyüş zamanı yaralandı və onu Şimali Afrikaya sürgün etdilər. Bir müddət sonra isə o, kəşfiyyat ekspedisiyasıyla Malakka limanına (indiki Sinqapur) çatdı.

Həmin gəmi səyahəti zamanı Magellan malayziyalıların hücumuna məruz qalacaqlarını hiss edərək, daha bir cəsarətli addım atdı: katalizatorluq edən bir nəfərin başını kəsməyi əmr etdi. Digər bir nəfəri isə kimsənin olmadığı limanların birində qoyub və yoluna davam edib. Azamor qalasının mühasirəsi vaxtı isə atından məhrum oldu və döyüş zamanı ayağından yaralandı. Elə o vaxtdan, ta ömrünün sonuna kimi axsaq qaldı.

Portuqaliyada olmadığı 7 il ərzində şəhər nağıllar diyarı kimi dəyişilmişdi. Yeni ticarət müəssisələri, evlər, qalalar və məbədlər... Sanki şəhərə sehrli çubuq dəymişdi. Lakin elə o vaxt da kasıb kasıb idi, varlı da məlum məsələ...

Qəribə təsadüf

Bir məsələyə diqqət etmək lazımdır. Səyahət etməzdən əvvəl Magellan Cənubi Amerikaya xəbər göndərir və dünya səyahətinə çıxmaq istədiyini deyir. Təklifə baxan tərəf dərhal xəritəyə nəzər salır və nədənsə qorxaraq, təklifi rədd edir. Portuqaliyanın adına gələcək bütün uğurlar dünya ölkələrini narahat edirdi. Magellan isə Portuqliyadan Qərbə su yolunun mümkün olmadığını başa düşür və İspaniyaya gedərək oradan tamamilə əks istiqamətə - Cənubi Amerikaya yola düşür. O zaman portuqallar sadəcə Hindistana su yolu ilə gedə bilirdi.

1520-ci ilin iyunu və Magellan dünya səyahətinə başlayır. Lakin bədbəxtlik onun yaxasını buraxmır. Özünün də içində olduğu gəmi riflərə dəyir və Magellan heyəti ilə birlikdə bütün qışı sahillərdə keçirməli olur. Səyahətə davam edəndə isə zabitlər üsyan etməyə başlayır. Magellan da yenidən əks tərəfə - İspaniyaya qayıtmalı olur.

İspan gəmisində Magellanın tanış olduğu Antonio Pigafettanın gündəlik yazmaq vərdişi var idi. Və elə həmin yazılar sayəsində tədqiqatçılar onların hansı yollardan istifadə etdiyini və hansı şəraitlərdə olduqlarını araşdıra bilib:

"Biz suxarı yeyirdik, amma bu normal suxarı deyildi. Qurd daraşmış suxarı tozu idi. Su yerinə siçovul idrarı içirdik. Öküz dərisini yeyirdik. Onu 4-5 gün dəniz suyunda saxlayırdıq, sonra yeyə bilirdik".

1521-ci ilin mart-aprel səyahəti zamanı ispanlar (avropalılar) ilk dəfə Filippin adalarına çıxmağa nail olurlar. Magellan oranı "Müqəddəs Lazar arxipelaqı" adlandırırdı. Bu uğurdan sonra onlar normal yemək yeyə bildilər, gəmidəki xəstələri müalicə etdilər və manevrlər edərək yenidən yola düşdülər. Beləliklə, heyət tamamlandı və beləcə Magellan Yer kürəsini dövr edən ilk insan oldu.

Antonio Piqafettanın İspaniyada saxlanılan məxfi əlyazmalarından:

"Düşdüyümüz adanın sakinləri dayanmadan bizi təqib edirdilər. İstifadə olunmuş nizələri bizə atırdılar. Bizim admiralımızı tanıyandan sonra məhz onu nişan almağa başladılar. Bir neçə cəhddən sonra admiralımızı yaralamağı bacardılar.

Yaralanan kimi digər sakinlər də hücum etməyə və müxtəlif silahlarla onu sancmağa başladılar. Bəli, onlar bizim güzgümüzü, işığımızı, təskinliyimizi və əsl başçımızı belə öldürdülər.

Bir il yarım sonra səyahətimizi sonlandırdıq və İspaniyaya sadəcə bir gəmi, 18 gəmiçi ilə qayıtdıq. Haqsızlıq isə Magellanı ölümündən sonra da təqib edirdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm