"Pokemon GO" sayəsində şirkət gəlirini 7,5 milyard dollar artırdı
Bizi izləyin

Bilgi.az

"Pokemon GO" sayəsində şirkət gəlirini 7,5 milyard dollar artırdı

"Pokemon GO" oyunu son günlərin ən dəbdə olan oyunudur. Günü-gündən istifadəçilərinin sayını artıran oyun yüklənmə rekordları qırır. Pokemon tutmaq üçün bir çox insan yollara düşüb, axtarış aparır. Qısa desək, pokemon tapmaq ümidi ilə küçələrə çıxan, gəzən, qaçan insanların sayı artıb. Bu bir növ onlar üçün idman da sayılır artıq. Pokemonlar şəhərin hər yerində mövcuddur. Ağlınıza gələn hər yerdə ola bilər. Oyunu oynamaq üçün GPS və internet xidmətləri açıq olmalıdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yayımlandığı gündən sürətlə yayılan "Pokemon GO" oyunu şirkətinin dəyəri 7,5 milyard dollar artıb.

"Nintendo" şirkəti oyunçu sayı hər saniyə artan "Pokemon GO" oyunu sayəsində bazar dəyərini artırıb. Ötən həftə "Nintendo" hissələri 25%-ə yaxın artıb və bu yüksəliş şirkətin dəyərinin birdən-birə 7,5 milyard dollar artmasına səbəb olub. Hazırda android istifadəçilərinin APK olaraq, iOS istifadəçilərinin isə "App Strore"-dan yüklədiyi bu oyun ABŞ-da və Yeni Zellandiya-da ən çox yüklənilən oyunlar sırasında birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm