İŞİD-dən ƏVVƏL və SONRA: terrorun məhv etdiyi tarix - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İŞİD-dən ƏVVƏL və SONRA: terrorun məhv etdiyi tarix - FOTOLAR

Bir il əvvəl İŞİD tərəfindən işğal olunan Suriyanın antik şəhəri Palmira Suriya ordusu tərəfindən rus təyyarələrinin köməyi ilə geri alındı. Bu müddət ərzində dünyanın ən çox tarixi abidəsinin olduğu şəhər terroristlər tərəfindən vəhşicəsinə dağıdıldı. AFP fotoqrafı Jodef Eid iki il əvvəl çəkdiyi fotolarla dağıntının miqyasını göstərmək üçün "Əvvəl və Sonra" hazırlayıb. Tarixin necə yerlə-yeksan edildiyini bu fotolarda bütün detallarıyla görmək mümkün olur.

"Əlbəttə Bel məbədi heç vaxt əvvəlki kimi olmayacaq," – Suriyanın Antik yerlər üzrə direktoru Mamoun Abdulkarim deyir. "Bizim apardığımız araşdırmalara görə, dağıdılan abidənin bir hissəsini bərpa edə biləcəyik. UNESCO-nun köməyi ilə isə daha çoxunu da edə biləcəyimizə inanıram. Artıq bu işlərin həyata keçirilməsi üçün dünyanın fərqli yerlərindən arxeoloq və mütəxəsisləri dəvət etmişik. Bura bütün bəşəriyyətin mirasıdır." (pahoo.az)

Sizə həmin fotoları təqdim edirik:

2015-ci ilin sentyabrında dağıdılan Bel Məbədi

2015-ci ilin sentyabrında dağıdılan Bel Məbədi

Bel məbədinin 320-ci ilə qədər keçmişi var.

Bel məbədinin 320-ci ilə qədər keçmişi var.

Həmin məbəddən geriyə qalanlar

Həmin məbəddən geriyə qalanlar

Zəfər Tağı

Zəfər Tağı

Şəhərin eyni nöqtəsindən foto

Şəhərin eyni nöqtəsindən foto

Dağılmış Tarix: Baal Shamin məbədini artıq yoxdur

Dağılmış Tarix: Baal Shamin məbədini artıq yoxdur

Palmira muzeyində dağıdılmış heykəllər və digər tarixi abidələr

Palmira muzeyində dağıdılmış heykəllər və digər tarixi abidələr

Oxumağa davam et
Reklam
Reklam

Gündəm