• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dişli hörümçək aşkarlanıb

  • Bilgi.az
  • 22 İyul 2016 08:08
  • 608 Baxış
Dişli hörümçək aşkarlanıb

Moraviya qaraqurdu - Çexiyada aşkar edilən yeni hörümçək növünə bu ad verilib.

Onu Bitki Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Milan Rjezaç təsvir edib. Moraviya qaraqurduna bəzən Cənubi Moraviyada, yəni Lednitse nohurları və Stiburkov gölləri təbiət qoruğunda təsadüf etmək olar. Alimlər yeni hörümçək növünün təsviri üzərində bir neçə il çalışıblar.

Onun şəkli tezliklə "Zootaxa" jurnalında dərc ediləcək. Eyni zamanda bu hörümçək nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib. Moraviya qaraqurdunun erkəyi ölkə ərazisindəki digər hörümçəklərdən üst qabaq çənəsində bir neçə dişəbənzər bərk çıxıntı ilə fərqlənir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>