Dünyanın ən uzunboylu millətləri
Bizi izləyin

Bilgi.az

Dünyanın ən uzunboylu millətləri

Araşdırma nəticəsində məlum olub ki, dünyanın ən uzun boylu kişiləri hollandiyalılar, ən uzun boylu qadınları isə latviyalılardır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Araşdırma çərçivəsində son 100 il ərzində 187 ölkənin əhalisinin boyları ölçülüb. "eLife" adlı jurnalında çıxan məqalədə deyilir ki, Holland kişilərinin boyu orta hesabla 1.83 m-dir, latviyalı qadınların boyu isə 1.70 m-dir. O da məlum olub ki, iranlı kişilər ilə koreyalı qadınların boyu son 100 ildə ən çox uzanan millətlər olub.

Araşdırmanı aparan alimlər insan irqinin, həyat şərtlərinin, sağlamlıq şəraitinin və qidalanmanın boyunun uzanmasına təsir edən mühüm amillər olduğunu ifadə edib. Alimlərin fikrincə, boy məsələsinə hamiləlik zamanı anaların daha sağlam və daha yaxşı qidalanmalarının də təsir edir.

Tədqiqatda ən diqqət çəkən məqam amerikalı qadın və kişilərin boyu olub. 1914-ci ildə amerikalı kişilər dünyanın ən uzun boylu millətləri reytinqində liderlik etdiyi halda, bu dəfə 37-ci yerdə qərarlaşıb. Amerikalı qadınlar da 100 il əvvəl ən uzun boy reytinqində dördüncü olduğu halda, yeni reytinqdə 42-ci yerdə qərarlaşıb.

Dünyanın ən qısa boylu millətlərinin də adları açıqlanıb. Dünyanın ən qısa boylu qadınları qvatemalalı qadınlar seçilib, onların boyu orta hesabla 1.49 m-dir. Ən qısa boylu kişilər isə boyu orta hesabla 1.60 m olan şərqi timorlulardır.

Dünyanın ən hündürboylu kişilərinin reytinqi

1. Hollandiya

2. Belçika

3. Estoniya

4. Latviya

5. Danimarka

6. Bosniya və Herseqovina

7. Xorvatiya

8. Serbiya

9. İslandiya

10. Çexiya

Dünyanın ən hündürboylu qadınlarının reytinqi

1. Latviya

2. Hollandiya

3. Estoniya

4. Çexiya

5. Serbiya

6. Slovakiya

7. Danimarka

8. Litva

9. Belarusiya

10. Ukrayna

Oxumağa davam et
Reklam
Reklam

Gündəm