Qadın həkimlərin belə bilmədiyi dəhşətli xəstəliyə tutuldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın həkimlərin belə bilmədiyi dəhşətli xəstəliyə tutuldu - FOTOLAR

Lipedema piylərin bədənin aşağı hissəsində böyük miqdarda toplanması deməkdir. Əksər hallarda bu xəstəlikdən qadınlar əziyyət çəkir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı Katya Peyc lipedema xəstəliyindən əziyyət çəkir. Hərəkətə edə bilməyən qadın son çarəni piylərin əməliyyat yolu ilə götürülməsində görüb. Əməliyyatın ilk nəticələri artıq nəzərə çarpır, amma qadın tam sağalmaq üçün hələ uzun müddət müalicə olunmalıdır.

Müalicə həkimi deyib ki, bir çox həkimlər bu xəstəlik barədə heç vaxt eşitməyib. Həkim onu da bildirib ki, qadın mütəmadi olaraq piyada gəzməsə, tezliklə öləcək.

Qadın bu xəstəlik barədə məlumatı olmayan yad insanların onu çox yeməkdə günahlandırdığını deyib. Amma Katya artıq buna adət edib və belə tənqidçiləri xoşluqla yola verdiyini söyləyib. O, son arzusunun isə ailə qurub uzun illər xoşbəxt yaşamaq olduğunu bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm