• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Xoşbəxtliyə aparan məsləhətlər: MÜTLƏQ OXUYUN!

  • Bilgi.az
  • 18 Fevral 2017 20:48
  • 9 478 Baxış
Xoşbəxtliyə aparan məsləhətlər: MÜTLƏQ OXUYUN!

Şamanlar oxumaqla, dəf çalıb-oxumaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarını, onlara uğurlu ov təmin etdiklərinə və s. inanırlar. Bununla belə onlar nikbin məsləhətləri ilə insanları xoşbəxt olmağa səsləyir.

Publika.az şamanların xoşbəxtliklə bağlı məsləhətlərini təqdim edir:

1. Küçədə gedərkən yerdə quş tükü tapsanız, onu götürün və evə gətirin. Onu kiçik güldana qoya və ya sadəcə, evin bir küncündən asa bilərsiniz. Bu, sizə səmadan göndərilmiş güclü qoruyucudur. Bunu ruhlardan göndərilən işarə hesab edin.

2. Çay daşlarını yığın. Onlar böyük gücə və enerjiyə malikdir.

3. Bütün gücünüzlə başqalarına kömək etməyə çalışın. Əgər sevinc gətirə bilmirsinizsə, heç olmasa ziyan verməyin.

4. Çətinliklər... Həyatın özüdür! Ciddi çətinliklər ciddidir, lakin yadda saxlayın ki, heç nə əbədi deyil. Səma var, o, bəzən buludların arasında itir, amma səy göstərsəniz, (məsələn, təyyarədən) bu qara buludların arxasında mavi səmanın görə biləcəksiniz.

5. Məqsədə yaxınlaşmaq üçün bəzən heç olmasa bir addım atmaq kifayətdir. Çətinliklərdən qorxmayın, onlar həmişə var və olacaq.

6. Sizin əsas əxlaq prinsipləriniz heç kimə zərər verməməlidir. Bu prinsip həyatınızda çox sərt olmalıdır: "Mən heç vaxt, heç kimə ziyan vermək istəmirəm".

7. Siz başqalarının xoşbəxtlik mənbəyi olanda, özünüz də çox xoşbəxt olacaqsınız. Əgər siz başqalarının bədbəxtliyinə səbəb olsanız, onda ən birinci özünüz bədbəxt olacaqsınız.

8. Gündə heç olmasa bir saat sakitlikdə dincəlin. O sizə ünsiyyət kimi lazımdır.

9. Sevmək bacarığı bütün dünyada ən ali bacarıqdır. Hamını, hətta düşmənləri də sevin!

10. Suya heç bir zibil atmayın. Suyun ruhu çox bərk əsəbiləşə bilər. Ruhun könlünü ələ almaq üçün suya süd, çörək və ya qəpik atmaq olar.

11. Adətən biz keçmişi qızıl adlandırırıq. Bu, səhvdir. Başa düşmək çox vacibdir ki, həyatımızın hər anı qızıl dövrüdür.

12. Mükəmməl din və inam yoxdur, onların yaxşısı və pisi yoxdur, Allah təkdir. Belə ki, kimə istəyirsiniz, ibadət edin, amma çox mühüm vəsiyyəti heç vaxt unutmayın: Vicdanla yaşayın, əcdadlarınıza hörmət edin və sevin.

13. Əgər dünyanı dəyişmək məqsədiniz varsa, ilk növbədə özünüzü dəyişin. Özünüzü sevgi və sevinc enerjisini ilə doldurun. Bu, insan həyatında vacib xüsusiyyətdir. Təbəssüm, gülüş, xoşbəxtlik böyük qüvvə deməkdir. Bunu kəşf edəndə, sevgini də tapacaqsınız.

14. Belə bir yaxşı söz var: "Uzanan əliboş qaytarmayın". Mümkün olduğu qədər yoxsul insanlara yardım edin. Pulun miqdarının heç bir önəmi yoxdur, əsas prosesdir.

15. Həyat zamanın çox qısa boşluğudur. Onu göz yaşlarına, spirtə və küfrə xərcləməyin. Siz möcüzələr yarada, uşaqlar dünyaya gətirə, istirahət edə və yüzlərlə yaxşılıq edə bilərsiniz.

16. Əgər sevdiyiniz insan sizə qəzəblənibsə və siz günahkar deyilsinizsə, o, sakitləşənə kimi onu möhkəm qucaqlayın.

17. Əgər özünüzü nasaz hiss edirsinizsə, ürəyinizcə olan hər hansı mahnını oxuyun... Bəzən qəlbiniz də danışmaq istəyir...

18. Yadda saxlayın: həqiqi din, inam və ağıllı kahinlər yoxdur. Allah təkdir! Allah dağın zirvəsidir. Müxtəlif dinlər isə o zirvəyə yaxınlaşmağın müxtəlif üsullarıdır. Kimə istəsəniz, dua edin, lakin sizin əsas məqsədiniz günahsız olmaq deyil, Allahı dərk etməkdir.

19. Əgər nə isə etmək qərarına gəlmisinzisə, özünüzə şübhə ilə yanaşmayın. Qorxu sizi doğru yoldan çəkinməyə məcbur edir. Odur ki, ilk cəhdlər uğursuz alınanda ümidlərinizi itirməyin. Hər kiçik cəhd sizi böyük uğura yaxınlaşdırır.

20. Həyat haqqında bir məqamı həmişə yadda saxlayın: Hər kəs layiq olduğu həyatı yaşayır. Problemləri ürəyinizə yaxın buraxmayın. Onda problem bədəninizdən çıxmayacaq.

21. Həyatın üzü sizə tərəf dönməyə bilər, amma çox az adam bilir ki, onu siz özünüz yönəldirsiniz. Bu zaman bütün pis fikirləri siz tərəfə çevrilir. Bütün paxıllıq və pisliklər sonda sizə qayıdır. Bu, nəyə lazımdır? Rahat yaşayın və heç kimə paxıllıq etməyin. Kiminsə bahalı maşını ala bilər, amma o, sifətindən dəyərli ola bilməz. Ümumiyyətlə, qızıl çirkli metaldır, ona paxıllıq etməyə də dəyməz. Tez-tez gülümsəyin, onda yoldan keçənlər və yaxınlarınız, hətta həyatın özü sizə mütləq bu jestin qarşılığında təşəkkür edəcək.

22. Sizə hörmət etmələrini istəyirsinzisə, başqalarına hörmətlə yanaşın. Yaxşılığa yaxşılıqla, şərə isə laqeydliklə cavab verin. Pislik edən adam özü ikiqat artıq əzab çəkir.

23. İçməyin. Ümumiyyətlə, içməyin. Spirtli içki orqanizmi, beynini və qəlbinizi məhv edir. Əgər siz ezzoterik, yaxud şamansınızsa və içirsinizsə, deməli tezliklə sizin bütün qüvvəniz qurtaracaq. Ruhlar buna görə sizi cəzalandıracaq. Alkoqol həqiqətən öldürür, axmaqlıq eləməyin. Dincəlmək üçün hamam var, əylənmək üçün mahnı var, ümumi dil tapmaq üçün çay var, ən nəhayət qadınla tanış olmaq üçün konfet var.

24. Heç vaxt heç nəyin peşmançılığını çəkməyin. Bu, enerji itkisidir. Hər şey ruhların iradəsi ilə və yaxşılığa doğru baş verir.

25. Zahirən heyvana oxşar daşları götürmək olmaz. Əks halda bədlik gətirəcək. Əgər siz belə bir daş tapmısınızsa və onu özünüz ilə götürmək istəyirsinizsə, onda ruhun sahibinə daşı yerdən götürmək xahişi ilə müraciət edin və ona töhfə verin. Yeri ağ parça ilə örtün və sonra daşı götürün.

26. Yaxşı musiqi dinləmək sizi gün ərzində yığılan mənfi enerjidən xilas edir. Musiqi özünəməxsus meditasiya, insanın özünü harmoniyada hiss etməsinə kömək edən böyük qüvvədir.

27. Rahat nəfəs ala bilmək və ürəyi sıxmamaq üçün hərdən ağlamaq da lazımdır.

28. Əgər yaranmış vəziyyətin həll olunmasının mümkünsüz olduğunu hiss edirsinizsə, onda əllərinizi yuxarı qaldırın və "Lənətə gəlsin" sözlərini deyib əllərinizi aşağı salın. Sonra əllərinizi bir də yuxarı qaldırın. Böyük bir dahinin dediyi kimi əgər səni yeyiblərsə, iki çıxış yolu var.

29. Əgər qadın bazarlıq edirsə, o, ailəsinin gələcək xoşbəxt günlərini alır. Hər təzə, yaşıl, xoş iy verən tərəvəz və ya meyvə ailənin xoşbəxt və rahat həyatı deməkdir. Kişi də öz növbəsində ailəsini maddi baxımdan təmin etməlidir ki, qadın ən keyfiyyətli məhsulları seçə bilsin. Ərzaq məhsullarına qənaət edən ailə həmişə kasıb və bədbəxt olur. Çünki bu, öz qohumlarının xoşbəxtliyi üzərində qənaət etmək deməkdir.

30. Əgər özünüzü pis hiss edirsinizsə və ya sizi nə isə narahat edirsə, hər hansı rəqs hərəkətlərini yerinə yetirməyə başlayın. Bu hərəkətlər sizin enerji balansınızı əvvəlki məcrasına qaytaracaq və əzabdan xilas olacaqsınız.

Tərcümə: Aytən

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR