Con Lennon klonlaşdırılacaq
Bizi izləyin

Bilgi.az

Con Lennon klonlaşdırılacaq

Con Lennon klonlaşdırılacaq

Kanadada stomatoloqlardan biri “Beatles” qrupunun öldürülmüş solisti Con Lennonun klonunu yaratmaq niyyətindədir.

Maykl Zuk Con Lennonun dişini 2 il bundan qabaq keçirilən hərracların birində 33,000 dollara alıb. Stomatoloq Maykl dişdə qorunub saxlanmış genetik məlumatları almaqla ölmüş solisti dirildə biləcəyinə ümid edir. Əsas məqsəd Con Lennonun DNK analizini almaqdır, bundan sonra onu klonlaşdırmaq mümkün olacaq. Həkim Zuk insanın klonlaşdırması prosesinin heç də asan olmadığını deyib və əgər Lennonun əkizini yaratmaq mümkün olsa, onu öz oğlu kimi böyütmək niyyətində olduğunu dilə gətirib. Həkim Zuk həmçinin bildirib ki, oğlu öz dublikatına oxşasa da onu siqaret və narkotik maddələrdən uzaq tutacaq.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm