Fətullahçılardan gənc qıza qarşı iyrənc əməl - "Gecə yuxudan..."
Bizi izləyin

Bilgi.az

Fətullahçılardan gənc qıza qarşı iyrənc əməl - "Gecə yuxudan..."

FETÖ-nün daha bir iyrənc əməlinin üstü açılıb.

HRÜ (Harran Universiteti) ilahiyyat fakültəsində oxuyarkən 2 il yarım FETÖ-çülərin evlərində qalan adıyamanlı Dərya Turqut təşkilatla bağlılığı olduğu zamanda fətullahçı alimlərin dərslərini keçməkdə kömək etsə belə, evdən ayrılıb doğmalarının yanına dönərkən böyük təzyiqlərlə üzləşdiyi üçün məktəbi tərk etmək məcburiyyətində qaldığını deyib.

Bu da Dəryanın açıqlamaları:

Dərya Turqut jurnalistə açıqlamasında maddi vəziyyətləri aşağı olduğu üçün 2012-ci ildə ali təhsil almaq üçün Şanlıurfaya gedərkən ailəsi güvənli hesab etdiyi üçün 2 il yarım gülənçilərin evində qalmağa razılıq verdiyini bildirib.

FETÖ-çü qızların maddi durumu yaxşı olmadığı üçün ona dəstək verdiyini söyləyən Dərya evdə qalarkən onlardan "Zaman" qəzeti və digər gülənçi mətbu orqanlara abunə olmaqlarının tələb edildiyini deyib. Ailə üzvlərinin və qohumlarının da bu mətbu orqanlara abunə olması üçün qızlara təzyiqlər edildiyini deyən Turqut Dərya qarşılığında mükafat olaraq onlara həblər (dərman) verildiyini qeyd edib.

Həftədə bir dəfə bölgə üzrə ümumi iclasların keçirildiyini bildirən Dərya, daha sonra bunları deyib:
Bölgənin rəhbər qadınları olurdu. Onlar evlərdə toplaşırdılar, bütün tələbələr gəlirdilər. Daha çox FETÖ kitabları oxunurdu və müəyyən "mesajlar" verilirdi. "Günəşin doğub-batdığı hər yerdə bizim əsgərlərimiz olacaq. Bütün dünyanın hakimi - islamı yayacağıq. Tək doğru bizik! Digər dinlərə sitayiş edənlər yox olacaqlar. Biz islamın gerçək insanlarıyıq. Dünyanı idarə etmək məcburiyyətindəyik" kimi ifadələr səsləndirilirdi. Həmin vaxtlar prezident Rəcəb Tayyib Ərdoğanın gücünə çox güvənib başgicəllənməsi olduğunu və bu başgicəllənmədən onun başına çox yaxın zamanda bir müsibət gələcəyini deyirdilər.

GÖZƏL QIZLARI PUL TOPLAMAĞA GÖNDƏRİRDİLƏR

Bayramlarda FETÖ-çü qızların iş adamlarından pul yığmaları üçün onlara zərflər paylanıldığını deyən Dərya sözünə belə davam etdi:

"Üzərimizdə rəhbər seçilən qadınlar, baxımlı və xarici görünüşü cazibədar olan qızları pul yığmaq üçün biznesmenlərin ofislərinə göndərirdilər. Əvvəl, əlbəttə ki, etmək istəmədim. Amma qadınlar "Sənə şər atarıq. Dediyimizi etmək məcburiyyətindəsən. Məktəb həyatın bitər! Ailən bizə inanır, onsuz da. Müxtəlif yollarla ailəni inandırarıq" kimi sözlərlə təzyiq göstərdilər. 17 dekabrda sosial şəbəkələrdə, əsasən Ərdoğan haqqında "tvit" atmağımızı istədilər. Adıma müxtəlif profillər açılıb "tvit"lər paylaşılırdı. Həmin gün gizli bir toplantı keçirildi. Təcili şəkildə gecə tələbələri güclə yuxudan qaldırıb: "Tvit atıb, sosial şəbəkələri bir-birinə qatacaqsınız", - dedilər. Evlərdə qalanlara universitetdə FETÖ-çü müəllimlərin münasibəti də fərqli idi. Onlar FETÖ-çülərə məxsus evdə qaldığım üçün mənimlə xoş rəftar edirdilər. FETÖ kitablarını oxuduğumuz təqdirdə, öz dərslərimizi oxumasaq da, olar, deyirdilər. Müəllimlər bizə dözümlülüyü öyrədirdilər".

MƏNİ AİLƏMLƏ TƏHDİD ETDİLƏR

Turqut FETÖ-çülərin istəklərinə artıq səbr edib dözə bilmədiyi üçün evdən çıxmağı düşünüb. Bunun üçün yataqxanalara üz tutub. Lakin boş yer olmadığı üçün bir müddət o evdən çıxa bilmədiyini qeyd edib.
Onları idarə edən qadınlardan birinə belə bir fikrinin olduğunu deyən Dərya Turqut bildirib: "Məni otağa qatıb, əllərimi bağlayıb danışmağa başladılar. Sonra telefonumu alıb: "Sən pis şeylər edirsən, pis yollara düşərsən. Buradan çıxmağına heç cür imkan vermərik", - dedilər. Məni ailəmlə təhdid etdilər. Hətta nömrəmi qırdılar. Təsəvvür edilməyəcək bir vəziyyətə düşmüşdüm. Amma bu vəziyyətdən xilas olacağıma inanırdım. Həmin vaxtlarda elə prezident Rəcəb Tayyib Ərdoğan tələbələrə "O evlərdən çıxın" deyirdi. Elə oldu ki, həmin müddətdə mən Şanlıurfa bələdiyyə başçısı vəzifəsinə namizədlə tanış oldum. O da sağ olsun, mənə kömək etdi. Mən dövlət yataqxanasına köçdüm".

Evdən çıxdıqdan sonra universitetdəki FETÖ-çü professorların tez-tez kabinetlərinə çağırıb "Evdən niyə çıxdın? Çıxmalı deyildin" kimi ifadələrlə təzyiqlər edildiyini deyən Turqut "Burada olacağın müddətdə özünə ziyan edəcəksən ancaq. Artıq heç bir şəkildə uğur qazana bilməyəcəksən. Bəlkə də, pis hadisələrlə qarşılaşacaqsan" kimi sözlər eşidib. Bütün bunları deyən dekan köməkçisi olub. "Məni otağına çağırıb bir neçə dəfə bu sözləri təkrarladı. Mən çox da ciddiyə almadım".

FETÖ-çülərin evlərində qalanlara imtahan suallarının öncədən verildiyini deyən Turqut bunları açıqlayıb:

"Sualların FETÖ-çü evlərdə qalan qızların əlində olduğunu, heç bir imtahana hazırlaşmadıqları halda "90" aldığını, mənim imtahanlardan heç cür keçə bilməyəcəyimi görüb professora şikayət etmək qərarına gəldim. "İmtahan rəhbərimi görmək istəyirəm" deyəndə "Görə bilməzsən" cavabını aldım. Sonra bir müəllim mənə "Bu universitetdən məzun olmayacaqsan" kimi ifadələr işlətdi. Hazırlaşdığım halda imtahanlardan kəsildiyimi görüb dərslərə artıq davam edə bilməyəcəyimi anladım. Psixoloji olaraq çökmüşdüm. Çalışqan tələbə ikən bir anda "düşdüm". Sonunda universitetdən çıxmaq məcburiyyətində qaldım. Artıq ailəm FETÖ-nü şeytan gözündə görür". (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm