Smartfonun köməyi ilə əcadlarınızı tapın! - QEYRİ-ADİ İXTRİA
Bizi izləyin

Bilgi.az

Smartfonun köməyi ilə əcadlarınızı tapın! - QEYRİ-ADİ İXTRİA

Qazaxıstanlılar "Zheti Аta" yeni mobil proqramının köməyi ilə gənclərə 7 nəsil ağacını və ya öz şəcərəsini tapmağı təklif edir.

"Zheti Аta" köməyi ilə qeydə alınmış istifadəçilərin uzaq qohumlar ilə ünsiyyət saxlaması mümkündür. Publika.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, proqramı Nazarbayev universitetinin məzunu Asan Toleuov başda olmaqla, komandası ilə birlikdə hazırlayıb. Onun sözlərinə gör smartfon sahibləri 7 arxa ulu babaları haqqında məlumatları doldurduqda xal qazanır. Hələlik daha çox arqın barədə məlumat toplanılıb, həmçinin reytinqin liderləri arasında nayman və dulatlar da var.

"Hamıya məlumdur ki, qazaxların əsrlər boyu tarixi qoruyub saxlamağa və onu sonrakı nəsillərə ötürməyə çalışıb. Ona görə də, bu gün bir çox ailə yeddinci nəsil şəcərəsi və öz ulu babaları barədə məlumatlıdır. Hətta bəziləri nəsil şəcərəsini yadda saxlamaq üçün dəftərdə öz qeydlərini aparırdı. Amma qohumları onlayn rejimdə axtarmaq üçün heç vaxt xüsusi bir alət, cihaz olmayıb"-, deyə Asan Toleyev bu barədə öz feysbuk səhifəsində status yazıb.

Məlumat üçün bildirək ki, insanların nəsil bağlılığını əks etdirən cədvələ şəcərə deyilir. Keçmişdə bu cədvəllər ağac şəklində, kökü və budaqları göstərilməklə çəkilirdi, ona görə bunu şəcərə adlandırırdılar. Elmi dildə bunun adı qneseoloji cədvəldir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm