25 il əvvəl - FOTOLARDA
Bizi izləyin

Bilgi.az

25 il əvvəl - FOTOLARDA

Fövqəladə Hallar üzrə Dövlət Komitəsi. SSRİ, 19-21 avqust 1991-ci il


Sovet İttifaqının dağılmasının qarşısının alınması və Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin üzvlərinin hakimiyyətə gəlişi qiyamın əsas məqsədi idi. SSRİ-ni xilas etmək məqsədi ilə müttəfiq respublika rəhbərlərinin 1991-ci ilin iyulunda (23-24-də) Novo-Oqoryovoda keçirilən yığıncağında "Suveren dövlətlərin ittifaqı haqqında müqavilə" hazırlandı. Lakin onu imzalamaq baş tutmadı. Vitse-prezident Gennadi Yanayev başda olmaqla yüksək rütbəli sovet rəhbərləri 1991-ci il avqustun 19-da Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsini yaratdılar. Qorbaçovun prezidentlik səlahiyyətləri əlindən alınaraq SSRİ vitse-prezidenti Yanayevə verildi. Lakin dövlət çevrilişi baş tutmadı. RSFSR prezidenti Boris Yeltsin və onun tərəfdarları onu qanunsuz elan etdilər. komitənin üzvləri həbs olundular.

1991-ci il 19-21 avqust hadisələri SSRİ-nin dağılmasını sürətləndirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm