Rahibələr çimərlikdə - Bu ŞƏKİL "Facebook"u silkələdi
Bizi izləyin

Bilgi.az

Rahibələr çimərlikdə - Bu ŞƏKİL "Facebook"u silkələdi

"Facebook" rahibələrin şəklini paylaşan istifadəçinin hesabını dondurub.

Publika.az xəbər verir ki, Fransada hicabın qadağan edilməsinə qarşı çıxan rahibələr dənizə girib. Həmin şəkilləri paylaşan İmam İzzəddin adlı istifadəçinin sosial şəbəkədəki hesabı dondurulub.

Hesabı dondurulan istifadəçi İtaliya İslam İcmalar Birliyinin sədri İzzeddin Elzirdir. O, heç bir şərh yazmadan bağlı geyimli və başıbağlı dənizə girən 7 rahibənin şəklini paylaşıb. Şəkil paylaşılandan qısa müddət sonra 2 mindən çox paylaşım edilib və yüzlərlə istifadəçi tərəfindən bəyənilib.

Lakin "Facebook" rəhbərliyi şəkli paylaşan hesabı dondurub. "Facebook" rəhbərliyi bu addımını hesabın saxta olması ilə bağlı edilən şikayətlərlərlə əsaslandırıb.

Elzirin hesabı bir gün sonra açılıb. O, hesabının dondurulması barədə xəbərdarlıq gəldiyini, lakin paylaşdığı şəklin buna əsas vermədiyini dilə gətirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm