Bilgi.az
Ərəblər xərçəngin dərmanını tapdı: dəvə südü və sidiyi
Ərəb alimləri xərçəngin müalicəsi üçün peraparatın formulunu tapıblar. Dərman dəvə südü və sidiyi əsasında hazırlanır. Xəstəliyin dərmanının tapılması üçün layihə Birləşmiş Ərəb Əmirliyindəki Şardji universitetində 2008-ci ildə başlayıb və Bağdadın xərçəng institutunda uğurla başa çatıb. Yeni preparat Böyük Britaniyanın patent bürosunda ötən ay qeydiyyata alınıb.
Ərəbistanın biotexnik şirkətlərindən birinin əməkdaşı Sahab Çassimanın sözlərinə görə, alimlər dəvənin möhkəm immun sisteminə malik olduğunu aşkar ediblər. Belə ki, o, hər dəfə öz südü və sidiyinin qarışığını içəndə gəncləşir. Bu açılış elmi işçilərin adıçəkilən komponentlər əsasında xərçəngin dərmanını yaratmasına təkan verib.
"Yeni dərmanın tərkibində "ağıllı" hüceyrələr var ki, onlar
xərçəng hüceyrəsindəki toksiki maddələri dondurur və heç bir əks
effekt göstərmir", deyə S. Çassim bildirib. Onun sözlərinə görə,
əldə edilən dərmanın laboratoriya siçanları üzərində testi qan
xərçənginin müalicəsində 100 faizlik effektivlik göstərib. Bundan
əlavə praparatdan ağciyər, böyrək və süd vəzi xərçəngində də
istifadə etmək olar.
İndi qarşıda dərmanın insanlar üzərində kliniki təcrübədən
keçirilməsi durur.
Qeyd edək ki, dəvə südü və sidiyi dərmanın hazırlanması üçün təsadüfən seçilməyib. Elmi araşdırmalar göstərib ki, dəvənin sidiyi antibiotik təsirə malikdir, bir sıra xəstəliklərə səbəb olan bakteriyalara, viruslara qarşı effekivdir. Heyvanın südü isə zəngin vitamin və mikroelementlər mənbəyindən əlavə, həm də insan orqanizminə Hepatit C, xərçəng və QİÇS kimi xəstəliklərlə mübarizə aparmağa kömək edən maddələrlə boldur. Dəvənin bu məhsulları vasitəsilə müalicə Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərində də qeyd edilir. (milli.az)
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək