2 baş, 4 əl və 2 ayaqlı insan - Foto
Bizi izləyin

Bilgi.az

2 baş, 4 əl və 2 ayaqlı insan - Foto

2 baş, 4 əl və 2 ayaqlı insan-Foto

Hindistanlı Şivanat və Şivram Sahu qardaşları bir-birinə bitişik siam əkizləridir. Onların dünyaya gəlişi doğma kəndlərində ilahi qüvvənin təcəssümü kimi qarşılanır və kənd sakinləri əkizlərə sitayiş edir.

Həkimlərdən biri əkizləri 12 yaşa çatdıqda ayırmaq mümkün olduğunu deyib. Hal-hazırda qardaşların 12 yaşı var, lakin onlar heç bir əməliyyat keçirmək istəmirlər və bir-birindən ayrılmaq fikirləri də yoxdur. Doğulduqları kimi yaşamaq istəyən ayrılmaz qardaşlar ömürlərinin sonunadək bu cür vəziyyətdə yaşamaq niyyətindədirlər. Özlərini tamamilə sağlam hiss edən qardaşlar bir-birinə qulluq edir. Onların 2 ayağı, 4 əli, 2 ürəyi, 2 beyni var. Hətta mədə və ciyərləri də ayrıdır. Aktiv olan uşaqlar oyundan, məktəbdən geri qalmır. Hər şeyə rəğmən xoşbəxt görünən qardaşlar qonşu uşaqlarla kriket oynayır, ev işlərində bir-birlərinə kömək edirlər. Əkizlərin bu cür doğulması 50,000 doğuşdan bir rast gəlinir və bu cür dünyaya gələn uşaqların yalnız 1%-i sağ qala bilir.

Əgər siam əkizlərini ayırmaq üçün əməliyyat keçirilsə, nəticə Şivanat üçün ağır olacaq, çünki ayaqlar Şivrama məxsusdur. Şivram ayağa dura bilsə də qardaşı əlil olaraq qalacaq və ona daima qulluq tələb olunacaq.

Onları ayırmaq üçün külli miqdarda vəsait tələb olunur. Lakin bunun valideynləri, cəmiyyət və özləri tərəfindən necə qarşılanacağı məlum deyil. Qardaşlar, hətta ailə də qura bilər. Tarixdə elə bir hadisə olub ki, siam əkizləri ayrı-ayrı qadınlarla ailə quraraq ümumən 22 uşağa sahib çıxıblar.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm