Sərnişin avtobusunda sürücü BİABIRÇILIĞI: ağsaqqal kişini... - VİDEO
Bizi izləyin

Bilgi.az

Sərnişin avtobusunda sürücü BİABIRÇILIĞI: ağsaqqal kişini... - VİDEO

Ümraniyədə dünən axşam yaşlı bir adam orta qapıdan mindiyi avtobusun sürücüsü tərəfindən zorla aşağı endirilib.

Türkiyə KİV-i hadisənin təfərrüatını təqdim edir:

71 yaşlı Şükrü Ayrı evinə getmək üçün Çakmak dayanacağında avtobus gözləyirdi. İzahatına görə, dayanacaqda gözləyərkən gələn avtobusu görə bilməyib. Avtobusun gəliş istiqamətində günəş batmaq üzrə idi və bu, kişinin görmə qabiliyyətinə əngəl törədib.

Avtobus irəlilədiyi üçün dayanacaqdan bir neçə metr irəliyə qaçmaq məcburiyyətində qalıb. Kişi bu yolla avtobusu dayandırmaq istəyib. O: "Əl işarəsi etdim, avtomobilinə vurmadım. Nə etməliydim ki dayandırmaq üçün?!" - deyə söyləyib. Yaşlı şəxs avtobus dayananda orta qapıdan minib. Ancaq sürücü bu vəziyyətə çox əsəbləşib. Avtobusu dayandırıb, yaşlı kişinin düşməsini istəyib. Şükrü Ayrı bu sürücünün niyə belə addım atdığını anlamadığı üçün uzun müddət müqavimət göstərib, sürücü ilə mübahisə edib. Ancaq ağsaqqala sərnişinlər arasında dəstək çıxan olmayıb. Əksinə, digər sərnişinlər da sürücüyə haqq verib, kişinin avtobusdan düşməsini istəyiblər. Yaşlı adam güclə avtobusdan düşürdülüb. Avtobus yoluna davam edərkən, yaşlı adam növbəti avtobusu gözləmək məcburiyyətində qalıb. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm