2 SENTYABR
Bizi izləyin

Bilgi.az

2 SENTYABR

1945-ci il. İkinci Dünya müharibəsi başa çatıb. Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak olub. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatıb. Həmin ildə beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək məqsədilə BMT yaradılıb.

1985-ci il. "Titanik" gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Gəmini amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapıb. Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib. "Titanik"in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədəki 2 min 224 sərnişin və ekipaj üzvündən 1513 nəfər həlak olub.

1829–cu il. Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829). Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib. Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

1781-ci il. Los-Anceles şəhərinin əsası qoyulub. Los-Anceles ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhalinin sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Ərazisi 1302 kvadratkilometr olan şəhər, eyni zamanda, Los-Anceles dairəsinin mərkəzidir. İspan dilində "Los-Anceles" sözünün tərcüməsi mələklər deməkdir. Şəhərin əsl adı "El pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu, ən uzun şəhər adı hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm